manera.az
manera.az

Hüseyn Cavidin 135 illiyi qeyd edilib

19-12-2017, 11:48

Hüseyn Cavidin 135 illiyi qeyd edilib
Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə Baş nazir Artur Rəsi-zadə, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ombudsman Elmira Süleymanova, maliyyə naziri Samir Şərifov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan yubiley mərasimində şairin həyat və yaradıcılığını özündə əhatə edən sərgi açılıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən il ərzində müxtəlif mədəniyyət müəssisələrində böyük şairin yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilib: “Hüseyn Cavidin yaradıcılığı, fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə olub. 1937-ci ilədək 20-dən çox pyes yazan Hüseyn Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və digər əsərləri Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub”.

Yubiley mərasimində Hüseyn Cavidin bir neçə əsəri əsasında hazırlanan tamaşa təqdim olunub. Tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Gülnar Hacıyeva və Cavid Təvəkküldür.

Səhnə əsərində Cavid obrazını əməkdar artist Elşən Rüstəmov canlandırıb. Digər rollarda əməkdar artistlər Kazım Abdullayev, Füzuli Hüseynov, Elxan Quliyev, Mirzə Ağabəyli və başqaları çıxış edib.

Hüseyn Cavidin 135 illiyi qeyd edilib
Hüseyn Cavidin 135 illiyi qeyd edilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30