manera.az
manera.az

Xalq Şairi Məmməd Araz anılıb

2-12-2017, 19:10

Xalq Şairi Məmməd Araz anılıb
Dekabrın 1-də Xalq Şairi Məmməd Arazın vəfatının onüçüncü ildönümü ilə əlaqədar şairin xatirəsi anılıb.

MANERA.AZ xəbər verir ki, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Məmməd Arazın məzarını ziyarət edib, üzərinə təzə-tər güllər düzüblər.

Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Mərasimdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdığını bildirib. Vətənpərvər şairin “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim!”, “Məndən ötdü qardaşıma dəydi!” və digər məşhur misralarının zərb-məsələ çevrildiyini, onun yaradıcılığının xalqımızın əbədi yaddaşına döndüyünü söyləyib.

Tədbirdə şairlər Əvəz Lələdağ, Qardaşxan Əzizxanlı və başqaları Məmməd Araz yaradıcılığının bənzərsizliyindən söhbət açıblar.

Qeyd edilib ki, gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.

Ümummilli lider Heydər Əliyevin Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verdiyini, onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra şairin Vətənin ən ali mükafatlarına layiq görüldüyünü bildiriblər. Müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Arazın Azərbaycan xalqının ürəyində daim yaşayacağı vurğulanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30