manera.az
manera.az

Rüstəm Behrudinin imza günü və şeir gecəsi

Rüstəm Behrudinin imza günü və şeir gecəsi
Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin “XAN” nəşriyyatının “Çağdaş Ədəbiyyat” seriyasında yeni nəşr olunmuş “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək.

Kitabdakı şeirlər “Qurd başlı tuğlar bizim”, “Çıxıb getməyə qurulub onsuz da bütün saatlar”, “Məzarlıqda bitən yovşan” və “Mən dəli, havalar dəli” sərlövhələrində birləşdirilib.

Kitabın redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.

Nəşriyyatın verdiyi məlumata görə tədbirdə şairin şeir gecəsi də keçiriləcək və müəllif şeirlərini səsləndirəcək.

Tədbir 25 noyabr, saat 15:00-da Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında keçiriləcək.

Ünvan: Puşkin küç. 32 a (AK center II mərtəbə, 28 may m/s yaxınlığı)
Tel.: 012 498 79 89, 055 877 24 44

Rüstəm Behrudinin imza günü və şeir gecəsiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930