manera.az
manera.az

"Ədəbi proses"in dördüncü toplusu

16-11-2017, 20:29

"Ədəbi proses"in dördüncü toplusu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, dörd ildir ki, hər ilin yekunlarına həsr olunmuş ədəbi proses müşavirəsi keçirilir və materialları kitab halında çap olunur. Bu silsilədən 2016-cı ilin ədəbi yekunlarının materialları çapdan çıxıb.

Ədəbi proses müasir (cari) bədii gedişatı, onun yaradıcılıq axtarışlarının əsas istiqamət və meyillərini özündə ehtiva edən bir anlayışdır. Onun sərhədləri bədii düşüncə ilə yanaşı, ümumən bu yaradıcılıq sahəsinin özünü izah və şərh edən ədəbi tənqid və ədəbiyyatşünaslıqla, ədəbi əlaqələr və tərcümə sənəti ilə də geniş və əhatəli bir spektri çevrələyir.

Bu mənada 2016-cı ilin ədəbi prosesinin inkişaf xüsusiyyətlərinin nəzərə çarpan yaradıcılıq axtarışlarının ümumi mənzərəsinin müəyyənləşdirilməsi baxımından "Ədəbi proses - 2016" məcmuəsini əvvəlki yaradıcılıq ənənəsindən tamamilə fərqli bir mərhələdə davam və inkişafı kimi dəyərləndirmək olar.

"Ədəbi proses" - 2013, 2014, 2015-ci il toplularında olduğu kimi, 2016-cı ilin ədəbi yekunlarına həsr edilmiş kitaba da AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ön söz yazıb, ilin yaradıcılıq müşavirəsinin fərqləndirici özünəməxsusluqlarını elmi baxımdan şərh edib: "Ədəbi proses - 2016"-da ilin ədəbiyyat mənzərəsi bütün palitrası ilə göstərilmiş, hərtərəfli təhlil olunmuş, dəyərləndirilmiş və proqnozlaşdırılmışdır. Burada ədəbiyyatın janrları ilə yanaşı, ədəbiyyatşünaslıq elminin ayrı-ayrı yönlərinə dair də əhəmiyyətli tədqiqatlar öz əksini tapmışdır. Ədəbi əlaqələr və publisistika haqqındakı məruzələr, məqalələr də həmin sahələr üzrə dolğun elmi təsəvvür yaradır".

"İlin ədəbi yekunları - yaradıcılıq müşavirəsi"ndə dinlənilən məruzələri bir toplu halında ədəbi-elmi dövriyyəyə təqdim edən "Ədəbi proses - 2016" məcmuəsi, hər şeydən əvvəl, müasir ədəbi-bədii düşüncəni bütün yaradıcılıq istiqamətləri və sahələri üzrə təhlil və ümumiləşdirilməsi baxımından tamamilə yeni yanaşma faktı kimi xüsusi əhəmiyyət daşıyır. Topluda akademik İsa Həbibbəylinin "Ədəbi prosesin bütövlüyü və elmi yetkinlik" adlı giriş məqaləsində ilin ədəbi mənzərəsi və elmi gedişatına ümumi baxış ifadə olunmuşdur. Elnarə Akimovanın "Ötən ilin ədəbi mənzərəsi: Gözləntilərimiz və reallıqlar", Cavanşir Yusiflinin "Ədəbi ilin yekunları. Poeziya-2016", Nərgiz Cabbarlının "Müasir roman texnologiyası, klassik roman strukturunda "dağılma" və keçmişə qayıdış (2016-cı ildə çap olunan romanlar əsasında)", Aynur Xəlilovanın "Povest-2016: Gözləntilər, gerçəkliklər", Nərmin Cahangirovanın "2016-cı ilin hekayəsi və problemləri", Aynurə Mustafayevanın "Dramaturgiya-2016", Vaqif Yusiflinin "Bölgələrdə ədəbi həyat", Qürbət Mirzəzadənin "2016-cı ilin ədəbi tənqidi bütün yönləri ilə", Maral Yaqubovanın "Ədəbiyyatşünaslığın ili-2016", Salidə Şərifovanın "Elmi tədqiqatlar (2016)", Asif Rüstəmlinin "Publisistika - hüdudsuz düşüncə imperiyası", Lalə Həsənovanın "Azərbaycanın rusdilli ədəbiyyatı-2016", Mərcan Sofiyevanın "2016-cı ildə tərcümə məsələləri", Günay Qarayevanın "Uşaq nəsri və dramaturgiyası", Aygün Bağırlının "Uşaq şeiri", Pərvanə Məmmədlinin "Cənubi Azərbaycanda ədəbi proses", Xanım Zairovanın "Ədəbi əlaqələr (Azərbaycan-Qərb ədəbiyyatı-2016)", Nizami Tağısoyun "Azərbaycan ədəbiyyatının digər türk xalqları ədəbiyyatı ilə əlaqələri" və Vüqar Əhmədin "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses" adlı məruzə mətnləri dərc edilib.

Əgər ilk təşəbbüs kimi dərc olunan 1976-1984-cü illərin "Ədəbi proses" məcmuələrində bədii gedişat daha çox poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid (bəzi istisnalarla Cənubi Azərbaycanda ədəbiyyat) səviyyəsində təhlil və münasibət hədəfi seçilirdisə, 2014-cü ildən nəşr olunan silsilə kitablarda, xüsusən, haqqında söhbət açılan son nümunədə ədəbi prosesə iyirmiyə yaxın sahə və yaradıcılıq prizmasından və baxış bucağından münasibət bildirilir. Əlbəttə, belə bir yanaşma çağdaş ədəbi prosesi bütün tərəfləri, üslub təmayülləri və sənətkarlıq axtarışları ilə təqdim etməyə əlverişli stimul yaradır. Bu mənada ilin ədəbi mənzərəsinin ümumi konturlarını müəyyənləşdirən təhlillərə, poeziya və nəsrə məxsusi olaraq təfərrüatlı yer ayrılması heç də təsadüfi deyil. Poeziyanın həm ümumi inkişaf meyillərini, həm də onun uşaq şeiri səviyyəsində yaradıcılıq axtarışlarını üzə çıxarmaq cəhdləri bu mənada yeni baxış bucağından problemə iki müəllifin mövqeyini gündəmə gətirir. Eyni münasibəti ədəbi tənqid və ədəbiyyatşünaslıq sahələrinə həsr olunan icmallarda da görmək olar. Şübhəsiz ki, əvvəlki onilliklərin ədəbi proses məcmuələrində bu iki sahəni çox vaxt eyni məxrəcdə təqdim olunması bir tendensiya halını alırdısa, indi bundan tamamilə sərf-nəzər edilməsi tamamilə təbii və qanunauyğun görünür.

"Bölgələrdə ədəbi həyat", "Publisistika - hüdudsuz düşüncə imperiyası", "Azərbaycanın rusdilli ədəbiyyatı - 2016", "2016-cı ildə tərcümə məsələləri", "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses" kimi icmallar yeniləşən, tədricən yeni məzmun və mahiyyət kəsb edən ədəbi prosesi çevrələyən axın və təmayülləri əks etdirən mühüm faktları kifayət qədər təsdiqləmək gücünü nümayiş etdirir.

Bu, ədəbi prosesi həm ədəbi növ və janrlar səviyyəsində təhlilə yönəldilməsi baxımından, həm də bədii gedişatın çoxcəhətli fakt və nümunələrinin ümumiləşdirilərək araşdırılmasına əlverişli zəmin hazırlayır.

Keçən əsrin 90-cı illərində son nəşri gerçəkləşən "Ədəbi proses" məcmuələrinin 2014-cü ildən sistemli şəkildə - bir toplu halında işıq üzü görməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan məqsədyönlü elmi-təşkilati işlərin nəticəsində həyata keçirildiyini xüsusi qeyd etmək lazımdır. Digər bir əlamətdar cəhət də odur ki, "Ədəbi proses" kitabları həm də cari ədəbi-bədii, elmi-nəzəri düşüncənin fərqli nümayəndələrinin - kifayət qədər təcrübəli və özünü təsdiq etmiş üzvləri ilə yeni minilliyin gənc elmi qüvvələrini bir arada konkret fakt və problem ətrafında fikir və düşüncə sərgiləmək cəhdi kimi də mühüm önəm daşıyır....../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031