manera.az
manera.az

Latın Amerikası və türk dünyası mədəniyyəti

1-11-2017, 18:44

Latın Amerikası və türk dünyası mədəniyyəti
Argentinada elmi seminar keçirilib.

Azərbaycanın və Türkiyənin Argentinadakı səfirliklərinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının və Belqrano Universitetinin dəstəyi ilə “Latın Amerikası və türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirilib.

Azərbaycanşünaslıq kafedrasının koordinatoru, professor Paulo Botta tədbiri açaraq türk dünyasının zəngin mədəni və tarixi irsə sahib olduğunu söyləyib, bu baxımdan Latın Amerikası ölkələri üçün belə bir mövzuda seminarın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva seminarda çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən, türk dünyasının zəngin mədəni irsinin qorunub saxlanılmasında və təşviq edilməsində rolundan danışıb. O, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlığın önəmindən bəhs edərək, bu əməkdaşlığın gücləndirilməsi imkanlarından söz açıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Günay Əfəndiyeva münaqişə nəticəsində Azərbaycanın tarixi və mədəni abidələrinin ermənilər tərəfindən dağıldığını vurğulayıb.

Daha sonra çıxış edən türkiyəli professor Turan Karataş türk dili və ədəbi nümunələrindən bəhs edib.

Tədbirdə Argentina universitetlərinin professor və tələbə heyəti, diplomatik korpusun nümayəndələri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031