manera.az
manera.az

TÜRKSOY-un Ankaradakı qərargahında konfrans

25-10-2017, 13:15

TÜRKSOY-un Ankaradakı qərargahında konfrans
TÜRKSOY-un Ankaradakı mənzil qərargahında “Türk dünyasının mədəni inteqrasiyasında media və ünsiyyət” mövzusunda konfrans keçirilib.

Konfransda rəsmi şəxslər, diplomatlar, türkdilli ölkələri təmsil edən çox sayda ziyalı iştirak edib.

MANERA.AZ xəbər verir ki, konfransda TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Türkiyə Böyük Millət Məclisinin deputatı Nəbi Avcı və başqaları türk dünyasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən və bu işdə KİV-lərin rolundan danışıblar.

Sonra Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly ölkəsinin müstəqilliyinin 25 illiyi münasibətilə təsis olunan yubiley medalını deputat N.Avcıya təqdim edib.

Daha sonra çıxış edənlər türk dünyasının böyük oğlu, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin zəngin mənalı ömür yolundan, siyasi hakimiyyəti dövründə qazanılan uğurlardan bəhs ediblər.

Nəbi Avcını təltif olunması münasibətilə təbrik edən çıxışçılar onun mənalı ömür yolundan, hökumət üzvü olduğu dövrdə fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıblar.

TÜRKSOY-un Ankaradakı qərargahında konfrans
TÜRKSOY-un Ankaradakı qərargahında konfrans
TÜRKSOY-un Ankaradakı qərargahında konfrans
TÜRKSOY-un Ankaradakı qərargahında konfrans
TÜRKSOY-un Ankaradakı qərargahında konfransБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30