manera.az
manera.az

Polad Bülbüloğlu medala layiq görüldü

23-10-2017, 12:16

Polad Bülbüloğlu medala layiq görüldü
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” (“Русское исполнительное искусство”) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.

MANERA.AZ xəbər verir ki, medal P.İ.Çaykovski adına Moskva Dövlət Filarmoniyasında keçirilmiş “Rusiya musiqi dövlətidir” konsert proqramı çərçivəsində təqdim olunub.

“Rus ifaçılıq sənəti” Fondunun prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi Valeri Voronov mərasimdə çıxışında qeyd edib ki, Polad Bülbüloğlu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə, dünya musiqi sənətinin inkişafına dəyərli töhfələr verib.

Polad Bülbüloğlu mükafata görə təşəkkürünü bildirərək Fondun Rusiya və dünya mədəniyyətinin inkişafında rolunu vurğulayıb. Səfir deyib ki, Fondun fəaliyyətində yaxından iştirak edən dahi musiqiçilər arasında həmyerlimiz Mstislav Rostropoviç də var idi. Onun Bakıya hər gəlişi Azərbaycan musiqisevərləri üçün bayrama çevrilirdi.

P.Bülbüloğlu qeyd edib ki, Fondun başlıca qayəsi olan incəsənətin, o cümlədən gənc musiqiçilərin dəstəklənməsi olduqca nəcib işdir.

Həmin axşam Fondun mükafatına layiq görülənlər sırasında SSRİ Xalq Artisti İosif Kobzon və başqaları da var idi.

Qeyd edək ki, “Rus ifaçılıq sənəti” Fondu 25 il əvvəl musiqi xadimlərini birləşdirmək məqsədilə yaradılıb. Ötən dövr ərzində Fond xeyli yerli və beynəlxalq layihələr həyata keçirib, gənc musiqiçilər üçün təqaüd proqramları təsis edib. Fondun tədbirlərində dəfələrlə Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedev iştirak ediblər.

Polad Bülbüloğlu medala layiq görüldü
Polad Bülbüloğlu medala layiq görüldüБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031