manera.az
manera.az

Musiqi Festivalı keçiriləcək

24-08-2017, 12:30

 Musiqi Festivalı keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

Heydər Əliyev Fondunun və nazirliyin təşkilatçılığı ilə 2017-ci il sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər, o cümlədən Münxen Simfonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Sergey Doqadin, Boris Andrianov, Filip Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30