manera.az
manera.az

Müqəddəs varlığımız - Ana dilimiz

Müqəddəs varlığımız - Ana dilimiz

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününün geniş qeyd olunmasının əhəmiyyətindən danışıb.

Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladan M. Nağısoylu Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb, ana dilimizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına böyük önəm verildiyini vurğulayıb.

Alim rəhbərlik etdiyi institutunda dilimizin inkişafı və təbliği sahəsində reallaşdırılan tədbirlərdən danışıb.

Çıxış edən digər alimlər də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin əhəmiyyətini diqqətə çatdırıblar.

Natiqlər Ana dilimizin saflığının qorunmasının önəmli məsələ olduğunu bildiriblər.

Qeyd edilib ki, Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO-nun baş konfransında elan olunub və 2000-ci ilin fevralından etibarən hər il mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün keçirilir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930