manera.az
manera.az

161 nömrəli orta məktəb bağlanır - SƏBƏB |MANERA.AZ

13-09-2016, 10:05

161 nömrəli orta məktəb bağlanır - SƏBƏB |MANERA.AZ

Turanə Cəfərovanın Manera.az ın redaksiyasına göndərdiyi "161 nömrəli orta məktəbin acınacaqlı sonu" məqaləsini təqdim edirik:

C.Cabbarlı adına 161 nömrəli tam orta məktəb Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi 27 ünvanında yerləşir.1933-cü ildə inşa olunmuş məktəb 1941-1945-ci illərdə Hərbi hospital kimi fəaliyyət göstərmişdir.

2008-ci ildə Təhisil Nazirliyi xətti ilə əsaslı təmir olunmuşdur.Məktəbin şagird tutumu 625 nəfərə yaxındır.Məkəbin məzunları içərisində görkəmli elm və incəsənət xadimləri və digər peşə sahibləri vardır. Fizika elmləri doktoru Oktay Tagıyev, yazıçı-ssenari müəllifi Firudin Qurbansoy, müğənni Hüseynağa Hadıyev, Respublikanın xalq artisti Nisə Qasımova, Zülfiyyə Xanbabayeva, əməkdar artist Ruhəngiz Allahverdiyeva məktəbin yetirmələridir.

Bu siyahıya neçə-neçə elmlər doktorları, yüzlərlə elmlər namizədləri, hüquqşunas, jurnalist, həkim, müəllim və digər peşə sahiblərinin adını artırmaq olar. Məzunlar arasında şəhidlik zirvəsinə ucalanlar da vardır: ƏZİMOV TEYMUR ƏHMƏDAĞA oğlu, ƏBDÜLOV SAMİR QƏDİR oğlu, MƏLİKOV RZA MƏLİK oğlu, ƏLİYEV NATİQ SƏLİM oğlu və s.


Məktəb hər zaman öz məzunları ilə fəxr edib. Amma...

Təəssüf ki, məktəbin artıq fəaliyyətinə son qoyulur.

Buradan bir sual ortaya çıxır. Bəs bu məktəbi bitirmiş məzunlar? Qeyd etdiyim kimi bu məktəbin məzunları arasında görkəmli şəxsiyyətlər var. Nə vaxtsa onlar haqqında bir məqalə, bir veriliş, bir sənədli film hazırlandı , o zaman oxuduqları məktəb kimi hansı məktəb göstəriləcək? Bütün bunları bir kənara qoyaq. Dahi dramaturqumuz Cəfər Cabbarlının abidəsi və şəhidlərimizin xatirə lövhələrinin axırı necə olacaq?Sizcə bu onların xatirəsinə biganəlik deyil?

Məktəbin fəaliyyətinin dayandırılması kimi səbəb şagird sayının azlığı göstərilir. Bu vəziyyəti başqa yollarla aradan qaldırmaq olmazdımı? Məsələn, yaxınlıqdakı şagird sayı cox olan məktəblərdən şagird köçürmə yolu ilə.Bir faktı da qeyd edim ki, son iki ildə Yasamal rayonunda bir- birinə çox yaxın 3 məktəbin fəaliyyətinə bu səbəbdən son qoyulmuşdur.Bir də axı kurikulumun üstünlüklərindən danışanda siniflərin 15 nəfər şagirdlə komplektləşməsi mühüm fakt kimi göstərilir.Əgər belədirsə,niyə şagird sayı az olan məktəblər bağlanır,digər məkrəblərdə şagird sıxlığı yaranır.1sinifdə 30,bəzən hətta 35-40 şagird təhsil alır.Belə siniflərdə təhsilin keyfiyyətinin yüksək olmasına kim zəmanət verə bilər?

Onu da qeyd edək ki,161 nömrəli məktəbdə şagird sayının azalması Şuşa Humanitar Kollecinin həmin məktəbdə yerləşdirilməsindən sonra başlayıb.Valideynlər haqlı olaraq kollec tələbələri ilə orta məktəb şagirdlərinin bir binada,özü də eyni növbədə təhsil almalarına narazılıqlarını bildiriblər. Heç bir nəticə verməyən bu narazlıqlar sonda məktəbin acınacaqlı hala düşməsinə səbəb olub.

Hal-hazırda məktəbin binası bütünlüklə kollecin istifadəsinə verilir. Baxmayaraq ki, məktəb binası tarixi binadır, kollec rəhbərliyi öz rahatlıqlarını təmin etmək üçün, birnövbəli iş rejiminə şərait yaratmaq səbəbindən binada çox dəyişikliklər ediblər və hələ etmək fikrindədirlər.

Kollecin məktəb daxilində yerləşdirilməsinə nəinki məktəb heyyəti, valideynlər etirazını bildirirdi ,həmçinin məktəbin yerləşdiyi ərazidə yaşayan əhali də bundan cox narazıdırlar.

Kollec tələbələrinin 90%-i qızlardan ibarətdir. Bu da hər zaman məktəb qarşısında çaxnaşmalara səbəb olmuşdur və olmağa da davam edir.Biri sevgilisi, biri nişanlısı, biri qardaşı və digəri qohumu ilə kollecə yola salınır, bu da qapalı bir məhlədə çox böyük söz- söhbətə səbəb olur.

Bütün məktəbin məzunlarina səslənirəm, gəlin, məktəbimizin harayına biganə qalmayaq.Bu təkcə bir məktəbin ləğvi deyil, o məktəbin bütün məzunlarının 11 il məktəbdə keçirtdikləri uşaqlıq xatirələrinin və tarixinin yox edilməsidir.

Qarşı tərəfi də dinləməyə hazırıq.


161 nömrəli orta məktəb bağlanır - SƏBƏB |MANERA.AZ
161 nömrəli orta məktəb bağlanır - SƏBƏB |MANERA.AZ
161 nömrəli orta məktəb bağlanır - SƏBƏB |MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30