manera.az
manera.az

Türk icma rəhbərləriylə görüş | MANERA.AZ

11-11-2015, 16:01

Türk icma rəhbərləriylə görüş | MANERA.AZ

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev FUEN Türk Azlıqları (TAG) işçi qrupunun toplantısı çərçivəsində Bakıda səfərdə olan bir qrup türk icma nümayəndələri ilə görüşüb.

Mərkəzdən MANERA.AZ-a bildiriblər ki, görüşdə Avropa Qərbi Trakya Türk Federasiyasının, Moskva “Vətən” Cəmiyyətinin, Moskva Qaraçay-Balqar Gənclərinin İnkişafına Dəstək Fondunun, Kiyev Krım Tatarları Cəmiyyətinin, Moskva Kumık qurumunun və Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” İctimai Birliyinin rəhbər şəxsləri iştirak ediblər.

Dövlət müşaviri sovet dönəmində Stalin repressiyası nəticəsində doğma torpaqlarından departasiya edilən Ahıska türklərinə ölkəmizdə daim dövlət qayğısının göstərildiyini bildirib və görüşdə iştirak edən bütün türk icma nümayəndələrini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti ilə əməkdaşlığa dəvət edib, birlikdə müxtəlif tədbirlərin təşkil olunmasını məqsədəuyğun hesab edib.

Türk icma rəhbərləriylə görüş | MANERA.AZ

Avropa Qərbi Trakya Türk Federasiyasının sədri Halit Habipoğlu FUEN Türk Azlıqları (TAG) işçi qrupu toplantısının ilkinin ötən il Türkiyədə keçirildiyini, ikinci konfransın Bakıda təşkil edildiyini xatırladıb. Konfransa Azərbaycanın ev sahibliyi etməsindən qürur hissi keçirdiyini qeyd edən Halit Habipoğlu Azərbaycanla, xüsusən də Multikulturalizm Mərkəzi ilə əməkdaşlığın çox fayda verəcəyinə inandığını deyib.

“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov Azərbaycan dövlətinin Ahıska türklərinə hər zaman göstərdiyi qayğı və dəstəyə görə minnətdarlığını ifadə edib. O, BBMM-in təşkil edəcəyi konfranslarda və müxtəlif layihələrdə iştirak üçün həmişə hazır olduqlarını bildirib.

Görüşün sonunda qonaqlara Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30