manera.az
manera.az

“Dədə Qorqud” dastanının yeni tapılmış boyunun müzakirəsi olub

12-10-2019, 20:20

“Dədə Qorqud” dastanının yeni tapılmış boyunun müzakirəsi olub
Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.

Manera.az xəbər verir ki, tədbir Azərbaycan Dillər Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan növbəti dəfə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı kollokviumlara ev sahibliyi edir: “1988-ci ildə ilk dəfə Azərbaycan və Türkiyə alimləri bir araya gələrək “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş sovet-türk kollokviumu təşkil ediblər. Həmin ildən başlayaraq hər 10 ildən bir kollokvium təşkil olunur. Bu il keçirilən kollokvium da türk dünyasında mühüm bir hadisəsidir. Kollokvium elmi, pedaqoji, mədəni, ictimai-siyasi hadisə olmaqla yanaşı, həmçinin türk dünyasını birləşdirən, daha cəsarətli və özünə inam hissi aşılayan bir hadisədir”.
“Dədə Qorqud” dastanının yeni tapılmış boyunun müzakirəsi olub
Qeyd edib ki, bu ədəbi abidənin geniş təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman imzalayıb. Ümummilli Liderin 2000-ci ildə imzaladığı növbəti Fərman isə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” ilə bağlı olub.

Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. “Kitabi-Dədə Qorqud” həm də dünyada dastan mədəniyyətinin zirvəsidir. Bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib ki, konfrans yaxın günlərdə Bakıda təşkil ediləcək “Naxçıvan müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində gerçəkləşən tədbirlərin davamıdır.
“Dədə Qorqud” dastanının yeni tapılmış boyunun müzakirəsi olub
Kollokviumun nəticələrinin uğurlu olacağına əminliyini ifadə edən G.Əfəndiyeva konfransın işinə uğurlar arzulayıb.

Sonra professor Tofiq Məlikli, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, türkiyəli professorlar Əhməd Bican Elcilasun, Osman Fikri Sertkaya, Fikrət Türkmən, Saim Sakaoğlu və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təklif və mülahizələrini bildiriblər. Natiqlər xalqlar və ölkələr arasında mədəni əlaqələrin genişlənməsində belə görüşlərin rolunu xüsusi vurğulayıblar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031