manera.az
manera.az

Əhməd Ağaoğlunun "Mən kiməm" kitabı çap olunub

7-10-2019, 16:11

Əhməd Ağaoğlunun "Mən kiməm" kitabı çap olunub
Görkəmli ictimai xadim, yazıçı-publisist Əhməd Ağaoğlunun 150 illik yubileyinə töhfə olaraq, ərsəyə gətirilmiş “Mən kiməm?” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.

Azərbaycanın ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş Əhməd Ağaoğlunun zəngin yaradıcılığı ilk dəfədir ki, müasir oxucuya geniş və əhatəli şəkildə təqdim olunur. Kitaba xadimin, təxminən 40 il ərzində Qərbi Avropada, Rusiya, Azərbaycan və Türkiyə Cümhuriyyətində çap olunmuş əsərlərindən nümunələr daxil edilib.

Kitabın tərtibçisi və ön sözünün müəllifi – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

Kitab Əhməd Ağaoğlunun ictimai-siyası, ədəbi irsinə dərindən yiyələnmək istəyənlər, əlaqədar tədris-tədqiqat sahələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031