manera.az
manera.az

Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı kitab nəşr olunub

7-10-2019, 14:55

Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı kitab nəşr olunub
Böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı, "Cəlil Məmmədquluzadə 150 il məqalələr, esselər, müsahibələr, şeirlər" kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, kitab dahi Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə tərtib olunmuşdur.

Ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, e sselər, müsahibələr və şeirlər toplanılaraq kitab halına salınmışdır. Kitabda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilməsi ilə bağlı sərəncamı, ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadənin 125 illik tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 müxtəlif şairinin yaradıcılığına aid 30 şeir yer almışdır.

Qeyd edək ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, tərtibçisi və nəşrə hazırlayan AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri professor Tehran Mustafayev, dosent Şəmil Sadiqdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031