manera.az
manera.az

“Ədəbiyyat üzrə Nobel mükafatçıları: 1901-2017” kitabı işıq üzü gördü

6-10-2019, 15:06

“Ədəbiyyat üzrə Nobel mükafatçıları: 1901-2017” kitabı işıq üzü gördü
“Ədəbiyyat üzrə Nobel mükafatçıları: 1901-2017” adlı növbəti kitab işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabı tərtib və tərcümə edən tanınmış yazıçı-tərcüməçi Əyyub Qiyasdır.

Yeni nəşrdə 1901-2017-ci ilə qədər ədəbiyyat üzrə Nobel mükafatı almış 115 müəllif yer alıb.

Kitabın redaktoru “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, tanınmış ədəbiyyatşünas Azər Turan, rəyçilər akademik Nizami Cəfərov, AYB-nin katibi İlqar Fəhmi, professor Vilayət Hacıyev, filologiya elmləri doktoru Elnarə Akimova, AYB bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri şair-tərcüməçi Səlim Babullaoğlu və tanınmış yazıçı, tərcüməçi Kamran Nəzirlidir.

Qeyd edək ki, “Ədəbiyyat qəzeti” bu kitabın nəşri ilə bir ilkə imza atıb. Bu, nəşriyyat tarixində ədəbiyyat üzrə Nobel mükafatı almış bütün müəlliflərin bir kitabda təmsil olunduğu ilk və yeganə işdir.

Kitab “Ədəbiyyat qəzeti” yayınları seriyasından, “Elm və təhsil” nəşriyyatında professor Nadir Məmmədlinin rəhbərliyi ilə çap olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031