manera.az
manera.az

"Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda" kitabı çap olunub

"Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda" kitabı çap olunub
“Elm və təhsil” nəşriyyatında “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitabı çap olunub.

Manera.az xəbər verir ki, kitab filologiya elməri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın moderatorluğu ilə təşkil olunan “Ədəbiyyat qəzeti”nin Müzakirə saatı”nın layihəsi əsasında gerçəkləşib.

Ədəbi-elmi ictimaiyyətə qəzet vasitəsilə təqdim olunan bu müzakirələrin sistemli və tam şəkildə bu kitabda toplanması oxuculara, tədqiqatçılara Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslığının və nəzəri-estetik fikrinin bir çox məsələlərini yeni təfəkkür işığında dərk etməyə, onun səviyyə və mənzərəsini dəyərləndirməyə, eləcə də ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyini görməyə imkan yaradacaqdır.

Kitab 13 müzakirə mətnini ehtiva edir:

“Ədəbiyyat yazılı və elektron mətbuatda”,

“Çağdaş ədəbiyyatşünaslıqda klassik irs məsələləri”,

“Bədii tərcümə məsələləri: Real mənzərə və problemlər”,

“Çağdaş Azərbaycan ədəbiyyatşünaslığı: nəzəri-metodoloji problemlər və mülahizələr”,

“Mühacirət ədəbiyyatının professional araşdırılması lazımdır...”,

“Uşaq ədəbiyyatının problemləri”,

“Azərbaycan ədəbiyyatında cərəyanlar”,

“Ədəbi tənqidimizin çağdaş durumu və yaradıcılıq problemləri”,

“Repressiya: gizlin və gerçəkləri ilə”,

“Azərbaycan cümhuriyyəti: Tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə”,

"Kərkük və Azərbaycan ədəbiyyatı soylu, köklü bir ədəbiyyatdır”,

“Uşağa yaxşı insan olmağı öyrədə bilsək, sonrakı həyatında yolunu özü seçəcək”,

“Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu günə”.


Tanınmış müəlliflərin müzakirə təriqi ilə bir yerə cəm olub predmet seçilən mövzuya köklənmələri həm ədəbiyyatımızı tarixdən çağdaşlığa qədər görüb tanımağa imkan yaradır, həm də elmi analizin mərkəzinə çəkilən müstəqillik dövrünün ədəbiyyatı ilə yanaşı, ona yönələn ədəbiyyatşünaslıq baxışının səviyyəsini də aydınladır.

Kitabın elmi redaktoru “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, rəyçilər AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktorları Cavanşir Yusifli, Rüstəm KamalŞirindil Alışanlıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930