manera.az
manera.az

“Ədəbi proses-2018” elmi-yaradıcılıq müşavirəsi keçirilib

14-09-2019, 20:51

“Ədəbi proses-2018” elmi-yaradıcılıq müşavirəsi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə sentyabrın 13-də Mərkəzi Elmi Kitabxanada “Ədəbi proses-2018” elmi-yaradıcılıq müşavirəsi keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq 2014-cü ildən etibarən keçirilən “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik bildirib ki, artıq ölkənin bir sıra ədəbi qurumları və mətbuat orqanları da bu müşavirələrə böyük maraq göstərir. Hər il məruzəçilərin sayı artır, ədəbi prosesin müxtəlif istiqamətləri daha dərindən araşdırılır. Bu müşavirələr müasir ədəbi prosesi dərindən və hərtərəfli öyrənməyə stimul verir.

Akademik bildirib ki, ötən əsrin 70-ci illərində Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi və institutun müasir ədəbi proses şöbəsinin təşəbbüsü ilə 1974-1984-cü illərdə “Ədəbi proses” müşavirələri keçirilib. On ildə qısa fasilələrlə təşkil olunan ədəbi proses müşavirələri Azərbaycan ədəbi tənqidinin oçerkləri kimi böyük əhəmiyyət daşıyır. “Ədəbi proses-1974-1984 ” yaradıcılıq müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm mərhələ olub.

Diqqətə çatdırılıb ki, 1984-cü ildən sonra Ədəbiyyat İnstitutunda ara-sıra ilin ədəbi yekunlarına həsr olunmuş elmi sessiyalar təşkil olunsa da, bu iş ardıcıl xarakter daşımayıb və institut mühitindən kənara çıxmayıb. Lakin 2014-cü ildən etibarən yeni formatda, yaradıcılıq müşavirəsi miqyasında keçirilməyə başlamış “Ədəbi proses” tədbirləri forma və məzmunca yeni xarakter daşıyır. Vurğulanıb ki, XXI əsrin “Ədəbi proses” yaradıcılıq müşavirələrində ədəbi növlər üzrə təhlillər daha da dərinləşdirilib, janrlar əsasında təhlillərə keçidə start verilib. Sovet dövrü “Ədəbi proses”lərindəki 4-5 məruzə, hətta 2013-cü ilin “Ədəbi proses”indəki 6 məruzə əvəzinə 2014-cü ildə Azərbaycan ədəbi-elmi fikri 14 elmi məruzə əsasında təhlil edilib və dəyərləndirilib. Builki müşavirədə isə 24 məruzənin dinlənilməsi nəzərdə tutulub.

İsa Həbibbəyli deyib: “Builki məruzələri tam halda “Azərbaycan ədəbiyyatının tarixi oçerkləri-2018” adlandlrmaq olar. Bütövlükdə “Ədəbi proses-2018” Azərbaycan ədəbiyyatının bir ilinin rentgen süzgəcindən keçmiş real gedişatını əks etdirib, obyektiv mənzərəsini yaradan mühüm elmi platformadır. Təqdim edilən elmi məruzələrin bir çoxunda müşahidə edilən konseptual yanaşma, yaxud konseptuallığa meyil “Ədəbi proses-2018”in elmi yeniliyi və mühüm nəticəsidir. Bu müşavirələrdə ümumiləşdirilmiş şəkildə ədəbi növlər üzrə icmalların, yoxsa ədəbi növlərdən başqa konkret janrlar - roman, povest, hekayə əsasında tədqiqatların hansının elmi cəhətdən faydalı olması məsələsi də günümüzün müzakirə mövzusudur. Ədəbi növlərə dair icmallar ədəbi prosesin ümumi istiqamətlər üzrə inkişafını, ayrı-ayrı janrlar əsasında təhlillər isə ədəbi prosesin bütün detalları, faktları və hadisələrini daha konkret şəkildə izləməyə, təkamül proseslərini reallıqları ilə birlikdə göstərməyə imkan verir. Ədəbi proses müşavirələrində ədəbi növlər üzrə azsaylı məruzələr daha sərfəli olsa da, janrlar üzrə tədqiqat elmi baxımdan daha faydalıdır. Məruzələrin əksəriyyəti üçün problemə, fakta, əsərə münasibətdə mətnin dərinliyinə varmaq, nəzəri təhlillər aparmaq ümumiləşdirilmiş konsepsual yanaşmalara və elmi-nəzəri nəticələrə şərait yaradır.

Akademik bildirib ki, ədəbi proses hərəkatında tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, ədəbi əlaqələr və bədii tərcümə sahələrində təmsil olunan institut əməkdaşları il ərzində yorulmadan çalışıblar. Ümumiyyətlə, ədəbiyyata, ədəbi prosesə konseptual baxış ədəbiyyatşünaslıq elmində yüksək professionallığa doğru inkişaf meylini qüvvətləndirib. Elmdə professionallıq istiqamətində başlanan təkamül prosesləri nəzəri konseptual yanaşmaları və ümumiləşdirmələri formalaşdırıb. Bu məqamda professionallıqla konseptuallıq bir-birinin sinonimi kimi səslənməkdədir.
“Ədəbi proses-2018” elmi-yaradıcılıq müşavirəsi keçirilib
Qeyd edilib ki, müstəqillik dövründə konkret olaraq tənqid və ədəbiyyatşünaslıqda keyfiyyət dəyişmələri baxımından yeni dalğa başlanıb. Ədəbiyyat İnstitutunun timsalında təqdim edilən bu yeniləşmə hərəkatı sadəcə akademik elmi düşüncəni əhatə etməklə qalmır, ölkə miqyasında da “görünməz dalğanın” qabarması kimi nəzərə çarpır.

İsa Həbibbəyli ədəbi proses müşavirələrinə təkcə Ədəbiyyat İnstitutunun əməkdaşlarının deyil, respublikanın digər elm və ali təhsil müəssisələrindən ədəbiyyatşünasların, mütəxəssislərin də qoşulmasının vacibliyini qeyd edib.

Tədbirdə “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin keçirilməsi ilə bağlı Ədəbiyyat İnstitutunun təşəbbüsü yüksək qiymətləndirilib, belə tədbirlərin ədəbiyyatımızın inkişafına böyük töhfələr verəcəyi vurğulanıb.

Müşavirə elmi məruzələrlə davam edib. İnstitut əməkdaşlarının ədəbiyyatın müxtəlif janrlarına dair “İlin ədəbi mənzərəsi”, “Ədəbi tənqid”, “Şeir”, “Poema”, “Povest”, “Hekayə”, “Bədii nəsr nəzəriyyə işığında”, “Dramaturgiya”, “Rusdilli Azərbaycan ədəbiyyatı”, “Bölgələrdə ədəbi həyat”, “Bədii tərcümə”, “Ədəbi əlaqələr: Azərbaycan və türk dünyası”, “Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı-2018” və s. mövzularda ümumilikdə 24 məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, həmçinin respublikanın tanınmış ədəbiyyatşünas alimləri və yazıçıları iştirak ediblər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031