manera.az
manera.az

"Nəsimi poeziyası" mövzusunda dəyirmi masa

29-08-2019, 17:00

"Nəsimi poeziyası" mövzusunda dəyirmi masa
Azərbaycan Dövlət Tərcümə Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı dəyirmi masa təşkil edilib.

Manera.az xəbər verir ki, filologiya elmləri doktoru, prof. Bədirxan Əhmədli, filologiya elmləri doktoru, prof. Rüstəm Kamal, Vilayət Hacıyev, Yaşar Əliyev, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Salam Sarvan, Püstə Axundova və Tərcümə Mərkəzinin digər əməkdaşlarının iştirakıyla keçirilən dəyirmi masada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamının ölkəmizin mədəni həyatında çox əlamətdar hadisə olduğu qeyd edilib.

Etimad Başkeçidin moderatorluğu ilə aparılan müzakirələrdə Nəsimi şəxsiyyətinin və yaradıcılığının ən müxtəlif aspektləri, tarixi konteksti, nəsimişünaslığın aktual problemləri ilə bağlı məsələlərdən danışılıb.

Hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapmış sənətkarın poetik irsi, fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələrinin bütün dünyada tanıdılması və təbliğ edilməsinin perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30