manera.az
manera.az

Mirvarid Dilbazinin xatirəsi anılıb

20-08-2019, 11:45

Mirvarid Dilbazinin xatirəsi anılıb
Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib.


Manera.az xəbər verir ki, tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb.

Əvvəlcə şairin parkındakı büstü ziyarət olunub.

Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümünə həsr olunmuş tədbirin araya-ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, şairin həyat və yaradıcılığından danışıb, “Mirvarid Dilbazi Məclisi”nin yaradılmasını alqışlayaraq məclisin işinə uğurlar arzulayıb.
Mirvarid Dilbazinin xatirəsi anılıb
Tədbirdə “Mirvarid Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı Mirvarid Dilbazinin çoxşaxəli yaradıcılığından, bütün ömrünü Azərbaycan ədəbiyyatının zənginləşməsinə həsr etməsindən və özündən sonra çox zəngin irs qoyub getməsindən danışıb.

Bildirib ki, onun şeirləri milli-mənəvi dəyərlərimizdən qidalanıb və müəllifinə böyük şərəf gətirərək el məhəbbəti qazanıb. “Mirvarid Dilbazi Məclisi” olaraq bizim əsas məqsədimiz bütün poeziyasevərlərə, gələcək nəsillərə bir örnək olan bu şairin irsini, həyatını, təqdim etmək, kitablarının çapına yenidən nail olmaq, doğulduğu Musaköy kəndində büstünü qoymaq, adına bir park və Mirvarid Dilbazi kitabxanası açmaqdan ibarətdir. Hər kəsdən bu yolda öz öhdəsinə düşən köməkliyi bizdən əsirgəməməyi arzulayırıq. Xalq şairi Mirvarid Dilbazi işığında gələcək görüşlər bizləri gözləyir. Mirvarid Dilbazi poeziyası daima var olacaq”,- deyə Güllü Eldar Tomarlı vurğulayıb.

Sonra məclisin sədr müavini, gənc şairə Nuranə Təbriz, şair Zaməddin Ziyadoğlu, AYB-nin təmsilçisi Güləmail Murad, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şair və yazarlar Tamella Poladlı, Gülsənəm Cəlili, Zərəngiz Dəmirçi Qayalı, rəssam Qafar Sarıvəlli çıxış edərək Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşüblər.

Tədbir Aşıq Hüsənin ifasında “Ruhani” saz havasının səslənməsi ilə başa çatıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30