Bir xalqı görk üçün əzməməliydi... - Krım -75

Tarix:19-05-2019, 00:15 Baxış Sayı:440

Bir xalqı görk üçün əzməməliydi... - Krım -75
18 may Krım türklərinin kütləvi şəkildə sürgün edildiyi gündür.

Bu hadisə 1944-cü ildə, Almaniya-SSRİ müharibəsinin birməsinə 1 il qalmış, müharibənin taleyinin böyük ölçüdə həll olunduğu vaxtda baş verib.

Sovet dövləti rəhbərliyinin, şəxsən qanlı diktator Stalinin əmri, SSRİ Ali Soveti Rəyasət Heyətinin xüsusi sərəncamı ilə 32 min nəfərlik hərbi-cəza dəstələri gecəylə Krım yarımadasında yaşayan türklərin qapısına dayanıb, insanlara yır-yığış üçün 15-20 dəqiqə vaxt veriblər, sonra onları ac-susuz, pal-paltarsız halda yük maşınlarınln banına dolduraraq dəmiryol stansiyalarına aparıb, oradan da Qazaxıstanın ilan mələyən, kimsəsiz çöllüklərinə, Özbəkistanın məskunlaşmamış vadilərinə yola salıblar.

LİLYA BUCUROVA: "Qayıdış"

O vaxt ki, elliklə dönərik yurda,
Biz hansı soydanıq – xatırlayarsız.
Xatırlayarsınız – siz haralardan
Bura çağrılmamış qonaqlarsınız!

Yalmanan köpəklər zamanı bitdi,
Ta sizdən mərhəmət uman deyilik.
Skif-tavrlardan qopan qüruru
Biz sizə yenidən göstərə billik.

Elə ki, biz döndük... Biz dönəcəyik,
Ya çölün düzündə, ya dağ döşündə
Sizin əmrinizlə, kötəyinizlə,
O “xalqlar dostluğu” yedəyinizlə
Azadlıq adında bir daddan olan,
Vətəndən, ümiddən, Allahdan olan,
Məscidlərə gedən yolu yomrulan
Ulular eşqinə şölən olacaq...

Sizin üzüyola “həqiqət” ki, var -
Satqınlıq payına sədaqətiydi.
İnancı lənətli nəvələriniz
Bir xalqı görk üçün əzməməliydi.

Elə ki, dönərik – təzim edərik,
Yaddaşı, vicdanı düz adamlara.
Bizim tiranlara züy tutmayıb da,
Əli öpüləsi siz adamlara.

Bizə zəhər verən qısqancların da,
Yırtılacaq axır o maskaları.
Bizim gözümüzə qoy düz baxsınlar,
Sivişib dalından iqtidarların.

Elə ki, dönərik, dəyişər hər şey,
Ağlar qalar bizi tapdalayanlar.
Necə ki, qürbətdə bizim atalar
Analar itirib ağlayıbdılar.

Biz dönüncə torpaq haray çəkəcək,
Ruhlar “caaan”... deyəcək dərələr boyu.
Açılacaq gözü kor bulaqların,
Küllər göyərdəcək dədələr boyu...

Silib babaların göz yaşlarını,
Yurda sadiqliyə and içəcəyik:
“Nəyin bahasına olursa olsun,
Bu yurddan bir daha köçməyəcəyik!”

Biz necə qoruduq bu məhəbbəti,-
Qismət olmayanlar belə bildilər.
Bildilər ki, hökmən biz dönəcəyik,
Bağrına basacaq bu doğma göylər.

Rus dilindən tərcümə edən: İBRAHİM İLYASLI


Bir xalqı görk üçün əzməməliydi... - Krım -75Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ