manera.az
manera.az

Əsla olmaz demə - Şeir

15-02-2019, 10:42

Əsla olmaz  demə - Şeir
***
Səbrlə gözlədim yuxularımda
Gözlərim yuxusuz qalarmı? - Qalar.
Saxladım mən səni dualarımda,
Həsrətin sinəmi taparmı? - Tapar
Nəfəs nece gərəkdisə insana
Bax eləcə sən də gərəksən mənə.
Quru candan güllü busə alana,
Qara çalmaz demə çalarmı? -Çalar.
Vurduqca belimə bitməyən çilə ,
Ahlar çəkə-çəkə vardım mənzilə.
Mən sənin üzündən dönərkən külə,
Əzrail canımı alarmı? - Alar.
Səhv saldım qibləmi, azdım yönümü ,
Artıq görməyirəm inan önümü,
Tarixdən silsəm də sənli günümü
Kompasım doğrunu taparmı? -Tapar
Yaşın yetmiş olar belin bükülər,
Nə pislik vardısa sənə tökülər,
Gün gələr dişlərin bir gün sökülər
Əsla olmaz demə olrarmı? - Olar.
Qurd quzu arası dostluqmu olar ,
İnsanlıq sonunda onu da tapar,
Düşmənliyin yeri barışa qalar,
İnsanız nəticə olarmı? - Olar
Çayır olmaq varsa bir gün qədərdə
Balı tapsan ertəsi gün kədərdə
Sevməyin əvəzi illər edər də,
Əsla ölməz demə, ölərmi? -Ölər.
Qulaqlar hay -küyə kardır sanarsan
Tez istəyən zaman gecdi sanarsan
Gecikdikcə hay-qışqırıq salarsan
Sevgi yanğınları silərmi? - Silər
Bir ömür yolunda sondur durağın
Gözlər yumulunca artar marağın
Köməyi olmaz ki, artıq çırağın
Atəşlər canına dolarmı? - Dolar
Mərhəmətdən mərəz doğarmı demə,
Günəş qərbdən çıxarmı heç vaxt demə
İnsanı həsrəti boğarmı demə
Xəyalım gözünü yalarmı? - Yalar
Uca dağ başında qalsan taparlar,
Yar üçün yandırar içdən ağılar ,
Gizlətsin kölgədə bizi söyüdlər
Baxarsan nazlı yar gələrmi? - Gələr

Fatma Arıkan,
T.C. Mersin


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30