Tarixdə iz buraxanlar: Həsən bəy Zərdabi

Tarix:22-07-2019, 10:44 Baxış Sayı:93

Tarixdə iz buraxanlar: Həsən bəy Zərdabi
Azər­bay­ca­nın gör­kəm­li zi­ya­lı­sı Hə­sən bəy Zər­da­bi 28 iyun 1837-ci il­də Göy­çay qə­za­sı­nın Zər­dab kən­din­də ana­dan olub. Or­ta təh­si­li­ni Şa­ma­xı şə­hə­rin­də baş­la­ya­raq Tif­lis­də ta­mam­la­yıb. 1861-ci il­də Mosk­va Uni­ver­si­te­ti­nə da­xil olub, dörd il son­ra hə­min uni­ver­si­te­tin tə­bi­ət-ri­ya­ziy­yat fa­kül­tə­si­ni bi­ti­rib.

Ali təh­sil oca­ğın­da oxu­du­ğu za­man tə­lə­bə­lər ara­sın­da se­çil­di­yi­nə gö­rə fa­kül­tə­ni əla qiy­mət­lər­lə ba­şa vur­duq­dan son­ra el­mi iş üçün uni­ver­si­tet­də sax­lan­ma­sı­na qə­rar ve­ri­lib. Fə­qət və­tə­ni­nə olan sev­gi­si, xal­qı­na, mil­lə­ti­nə xid­mət et­mək ar­zu­su onu Azər­bay­ca­na çə­kib gə­ti­rib. Bir müd­dət Qu­ba­da məh­kə­mə­də iş­lə­yib, da­ha son­ra 1869-cu il­də Ba­kı­ya gə­lə­rək bu­ra­da or­ta mək­təb­də tə­bi­ət­dən dərs de­mə­yə baş­la­yıb. Mü­tə­rəq­qi fi­kir­lə­ri sə­bə­bi­lə də­fə­lər­lə tə­qib edil­di­yi­nə gö­rə mü­əl­lim­lik­dən əl çə­kib, xal­qı üçün ge­niş mə­də­ni təd­bir­lər hə­ya­ta ke­çir­mək üçün fəa­liy­yə­tə baş­la­yıb. Ev­lə­rin­də ke­çi­ri­lən şe­ir və mu­si­qi hə­vəs­kar­la­rı­nın məc­li­si on­da də­rin iz bu­ra­xıb.

Azər­bay­ca­nın mər­kə­zi şə­hə­ri ki­mi Ba­kı­nın sü­rət­li in­ki­şa­fı Hə­sən bəy­də mil­li mət­bua­tın ya­ran­ma zə­ru­rə­ti­ni ya­ra­dıb. Ana di­lin­də qə­ze­tə bö­yük eh­ti­yac ol­du­ğu­nu dərk edən Hə­sən bəy Zər­da­bi qə­zet çap et­mək üçün hö­ku­mə­tə mü­ra­ci­ət edib. Bu­nun­la əla­qə­dar xey­li zəh­mət­dən son­ra 22 iyul 1875-ci il­də Ba­kı­da qu­ber­na­tor mət­bəə­sin­də Azər­bay­can di­lin­də "Əkin­çi" qə­ze­ti­nin nəş­ri­nə mü­vəf­fəq olub. Bu qə­zet­də Azər­bay­can mil­li mət­bua­tı­nın əsa­sı qo­yu­lub. 22 iyul 1875-ci il­dən 1877-ci ilin 29 sen­tyabr ayı­na qə­dər ça­pı­nı da­vam et­di­rən "Əkin­çi" qə­ze­ti ay­da iki də­fə 300-400 ti­raj­la nəşr olu­nub. Bu il­lər ər­zin­də qə­ze­tin 56 nöm­rə­si işıq üzü gö­rüb.

"Əkin­çi" qə­ze­ti­nin dəs­ti-xət­ti əsa­sən bir ide­ya üzə­rin­də qu­ru­lub. Hə­sən bəy Zər­da­bi və onun­la bir­lik­də bu qə­zet­də ça­lı­şan bir sı­ra maa­rif­pər­vər de­mok­rat na­şir­lər Şər­qin ge­ri­li­yi­ni, əta­lət və süst­lü­yü­nü hə­qi­qi azad­lı­ğın ol­ma­ma­sın­da gö­rür­dü. On­lar öz söz­lə­ri­ni, do­la­yı yol­la ol­sa da, bu qə­zet va­si­tə­si­lə xal­qa çat­dı­ra bi­lir­di­lər. O dövr­də xal­qın ba­şa dü­şə­cə­yi sa­də dil­də ya­zı­lan fi­kir­lə­rin səs­lən­mə­si Azər­bay­ca­nı əsa­rət al­tın­da sax­la­yan im­pe­ri­ya mə­mur­la­rı­nı cid­di na­ra­hat edir­di.

İlk mət­bu or­qan ki­mi "Əkin­çi" öz əsas ide­ya­sı­na uy­ğun ola­raq in­cə­sə­nət və ədə­biy­ya­ta da aid ye­ni de­mok­ra­tik tə­ləb­lə­ri irə­li sü­rür­dü. Azər­bay­ca­nın bö­yük dra­ma­tur­qu Nə­cəf bəy Və­zi­rov, köh­nə şe­ir­lər­lə ya­na­şı, şa­ir­lə­ri müa­sir hə­yat­dan yaz­ma­ğa, xal­qı cə­ha­lət və qəf­lət yu­xu­sun­dan ayılt­ma­ğa, müa­sir ruh­da tər­bi­yə et­mə­yə ça­ğı­rır­dı. Bu­nun­la Zər­da­bi­nin sə­si­nə Azər­bay­ca­nın bir çox gör­kəm­li, maa­rif­pər­vər in­san­la­rı səs ve­rir­di. Tə­bii ki, bu cür de­mok­ra­tik mə­qa­lə­lə­rin­dən son­ra ça­riz­min diq­tə­si ilə öz­lə­ri­ni "zi­ya­lı" sa­yan bə­zi üz­də­ni­raq in­san­lar yer­bə­yer­dən "Əkin­çi"nin üzə­ri­nə hü­cu­ma ke­çir­di­lər.
Tarixdə iz buraxanlar: Həsən bəy Zərdabi
1877-ci il sen­tyabr ayı­nın 29-da "Əkin­çi" qə­ze­ti öz nəş­ri­ni da­yan­dır­ma­ğa məc­bur ol­du. Azər­bay­can mil­li mət­bua­tı­nın ilk qa­ran­qu­şu olan bu qə­zet iki il­lik ömür ya­şa­sa da, xal­qın mil­li və müa­sir ruh­da tər­bi­yə olun­ma­sın­da çox bö­yük rol oy­na­dı. Maa­rif­çi və de­mok­ra­tik ide­ya­la­rın car­çı­sı olan "Əkin­çi" rea­list Azər­bay­can ədə­biy­ya­tı­nın in­ki­şa­fın­da müs­təs­na xid­mət­lər gös­tər­di. Məhz bu­na gö­rə də be­lə tə­rəq­qi­pər­vər qə­zet mür­tə­ce, iş­ğal­çı bir re­ji­min əsa­rə­ti al­tın­da çox ya­şa­ya bil­mə­di. Çün­ki bu qə­zet kənd­li­lə­rin ağır hə­yat şə­rai­ti­ni, on­la­rın ya­rı­ac-ya­rı­tox do­lan­ma­la­rı­nı qa­ba­rıq şə­kil­də oxu­cu­la­rın nə­zə­ri­nə çat­dı­rır­dı.

Onu da qeyd edək ki, qə­ze­tə "Əkin­çi" adı tə­sa­dü­fən ve­ril­mə­miş­di. Bu ad­da qə­ze­tin kənd tə­sər­rü­fa­tı tə­ma­yül­lü ol­ma­sı­nı dü­şün­mək sa­də­löhv­lük olar­dı. Hə­min ad al­tın­da də­rin və bö­yük rəm­zi mə­na, ge­niş və əha­tə­li fəa­liy­yət proq­ra­mı nə­zər­də tu­tul­muş­du. Qə­ze­ti nəşr et­mək­də əsas məq­səd həm­və­tən­lə­ri­nin qəl­bi­nə, şüu­ru­na maa­rif, elm, mə­də­niy­yət to­xu­mu səp­mək­dən iba­rət idi. Baş­qa söz­lə, maa­rif, təh­sil əkin­çi üçün ən bö­yük mey­dan, mün­bit tar­la şüu­ru­nu mil­li bi­ga­nə­lik, na­dan­lıq və cə­ha­lə­tin "alaq ot­la­rı" bas­mış ge­niş küt­lə, sa­vad­sız xalq ola bi­lər­di.

Bu da bir hə­qi­qət­dir ki, "Əkin­çi" qə­ze­ti fəa­liy­yət gös­tər­di­yi 2 il­də özü­nün mü­qəd­dəs ama­lı­na - xal­qın maa­rif­lən­mə­si­nə lə­ya­qət­lə xid­mət et­di. O, qı­sa bir za­man­da xalq maa­ri­fi və mə­də­niy­yə­ti­nin, ana dil­li mək­təb­lə­ri­nin bö­yük car­çı­sı ol­du. "Əkin­çi" bağ­lan­sa da, onun ək­di­yi maa­rif, elm və mə­də­niy­yət to­xum­la­rı öz bəh­rə­si­ni ver­di: ye­ni-ye­ni mək­təb­lər açıl­dı, qə­zet­lər ya­ran­dı... "Əkin­çi"nin da­vam­çı­sı, türk di­lin­də ikin­ci qə­zet olan "Tər­cü­man" Hə­sən bə­yin dos­tu, bö­yük türk­çü İs­ma­yıl bəy Qas­pı­ra­lı­nın re­dak­tor­lu­ğu ilə nəş­rə baş­la­dı. Bu qə­ze­tin nəş­ri­ni Hə­sən bəy Zər­da­bi türk­çü­lü­yün bay­ra­mı ki­mi qar­şı­la­dı.

Bir müd­dət iş­siz qa­lan Hə­sən bəy Zər­da­bi 1880-cı il­dən do­ğul­du­ğu Zər­dab kən­din­də 16 il sür­gün hə­ya­tı ya­şa­ma­lı olur. Bö­yük öm­rün bu il­lə­ri də doğ­ma xal­qa xid­mət­də ke­çir. Mü­ha­fi­zə­kar­la­rın fit­nə-fə­sad­la­rı­na, acı tə­nə­lə­ri­nə mərd­lik­lə dö­zən Hə­sən bəy bu­ra­da da maa­rif­çi­lik əməl­lə­ri­ni da­vam et­di­rir, müx­tə­lif qə­zet­lə­rə mə­qa­lə­lər ya­zıb gön­də­rir. Fə­qət düş­mən­lə­ri onu "şap­ka­lı rus," "sün­ni Hə­sən bəy" ad­lan­dı­rıb nü­fuz­dan sal­maq is­tə­yir­di­lər. Ye­ri gəl­miş­kən onu da qeyd edək ki, Hə­sən bəy hö­ku­mət ida­rə­lə­rin­də gös­tər­di­yi xid­mət­lə­rə gö­rə "Mü­qəd­dəs An­na" qı­zıl me­da­lı ilə təl­tif olun­muş­du. Fə­qət onu heç za­man ya­xa­sı­na tax­ma­mış­dı. Hət­ta Qaf­qa­zın sər­da­rı Ba­kı­ya gə­lən­də xaç şə­kil­li me­da­lı dö­şü­nə tax­ma­maq üçün özü­nü xəs­tə­li­yə vu­rub mə­ra­si­mə get­mə­miş­di. Bə­li, Hə­sən bəy rus təh­sil­li ol­sa da, mil­li ruh­lu, və­tən­pər­vər bir zi­ya­lı idi, əsl mü­səl­man tə­əs­süb­ke­şi idi.

Uzun ay­rı­lıq­dan son­ra Hə­sən bəy Zər­da­bi 1896-cı il­də uşaq­la­rı­nın təh­sil­lə­ri­ni da­vam et­dir­mə­lə­ri üçün Ba­kı­ya kö­çür. Əv­vəl "Kas­pi" qə­ze­tin­də iş­lə­mə­yə baş­la­yır. Çox keç­mir ki, Ba­kı Şə­hər Du­ma­sı­na de­pu­tat se­çi­lir, maa­rif ko­mis­si­ya­sı­nın üz­vü olur. O, hər za­man Du­ma­nın ic­las­la­rın­da şə­hə­rin uzaq mə­həl­lə­lə­rin­də mək­təb və xəs­tə­xa­na açıl­ma­sı mə­sə­lə­si­ni qal­dı­rır, çox za­man onun müs­bət həl­li­nə na­il olur­du. Tə­sa­dü­fi de­yil ki, onun de­pu­tat­lıq vax­tın­da Azər­bay­can mək­təb­lə­ri­nin sa­yı üç­dən on al­tı­ya yük­səl­miş­di. Hə­sən bəy hə­min mək­təb­lər­də ana di­li təd­ri­si­nin həc­mi­ni ar­tır­maq üçün da­im mü­ba­ri­zə apa­rır­dı, Ba­kı­da­kı xey­riy­yə cə­miy­yət­lə­ri­nin işin­də ya­xın­dan iş­ti­rak edir­di. XIX əs­rin so­nu - XX əs­rin əv­vəl­lə­rin­də Ba­kı­da mil­li zi­ya­lı­la­rın bir ara­ya gəl­mə­sin­də, va­hid mil­li Azər­bay­can ide­ya­sı ət­ra­fın­da bir­ləş­mə­sin­də Hə­sən bəy Zər­da­bi­nin müs­təs­na ro­lu olub.

Bu dövr­də onun qa­dın təh­si­li ilə bağ­lı ide­ya­la­rı­nın ger­çək­ləş­mə­si is­ti­qa­mə­tin­də mü­hüm ha­di­sə­lər baş ve­rir. Bö­yük me­se­nat Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin mə­liy­yə dəs­tə­yi və Hə­sən bəy Zər­da­bi­nin məs­lə­hə­ti ilə 1901-ci il­də Ba­kı­da Alek­san­dra Fyo­do­rov­na adı­na rus-mü­səl­man Qa­dın Mək­tə­bi ("Ta­ğı­yev qız mək­tə­bi") açı­lır. Bu­nun­la da bö­yük maa­rif­çi Hə­sən bəy Zər­da­bi­nin uğ­run­da il­lər­lə mü­ba­ri­zə apar­dı­ğı azər­bay­can­lı qız­lar üçün təh­sil mü­əs­si­sə­si ya­rat­maq ide­ya­sı re­al­la­şır. Bu mək­tə­bin açıl­ma­sın­da müs­təs­na rol oy­na­yan Zər­da­bi hə­min mək­tə­bin ni­zam­na­mə­si­ni də özü yaz­mış, mək­tə­bin qəy­yum­lar şu­ra­sı­nın üz­vü se­çil­miş­di. Mək­tə­bin ilk mü­di­ri Hə­sən bə­yin ömür-gün yol­da­şı və si­lah­da­şı Hə­ni­fə xa­nım Mə­li­ko­va tə­yin edil­miş­di.

Hə­sən bəy Zər­da­bi Azər­bay­can qa­dın­la­rı­nın maa­rif­lən­mə­si­nə xü­su­si əhə­miy­yət ve­rib, 1901-ci il­də Ba­kı­da azər­bay­can­lı qız­lar üçün ilk mək­tə­bin açıl­ma­sı­na bö­yük kö­mək gös­tə­rib. Gün­də­lik hə­ya­tın­da və işin­də xalq­la sıx bağ­lı olub, asu­də vaxt­la­rı­nı xalq ara­sın­da ke­çi­rib, ye­ni­yet­mə­lə­ri el­mə, mə­də­niy­yə­tə, maa­ri­fə hə­vəs­lən­di­rib, ge­niş ic­ti­mai fəa­liy­yət gös­tə­rib.

Onun apar­dı­ğı təb­li­ğa­tın nə­ti­cə­sin­də Ba­kı gim­na­zi­ya­sın­da oxu­yan tə­lə­bə­lə­rin sa­yı xey­li ço­xa­lıb.

Hə­sən bəy Zər­da­bi zəh­mət­keş küt­lə­lə­rin xoş­bəxt­lik və tə­rəq­qi­si­ni elm­də gö­rüb, el­min, təh­si­lin hə­yat­la əla­qə­si­nə bö­yük əhə­miy­yət ve­rib. N.Nə­ri­ma­nov­la bir­lik­də 1906-cı il­də Azər­bay­can mü­əl­lim­lə­ri­nin Ba­kı­da ke­çi­ri­lən bi­rin­ci qu­rul­ta­yı­nın işin­də ya­xın­dan iş­ti­rak edib. Onun tə­şəb­bü­sü ilə Ba­kı­da mü­əl­lim­lə­rin II qu­rul­ta­yı ça­ğı­rı­lıb. Bu qu­rul­tay za­ma­nı o, xəs­tə ol­du­ğu­na gö­rə ic­las­lar­da iş­ti­rak et­mə­sə də, qu­rul­ta­ya təb­rik mək­tu­bu gön­dər­mə­yi unut­ma­yıb.

Hə­sən bəy xəs­tə ol­du­ğu dövr­lər­də də xal­qın maa­rif və mə­də­niy­yə­ti na­mi­nə məs­lə­hət­lə­ri­ni əsir­gə­mə­yib. Fər­had Ağa­za­də­nin xa­ti­rə­lə­ri­nə gö­rə, bir gün Üze­yir Ha­cı­bə­yov xəs­tə Hə­sən bə­yi zi­ya­rət et­dik­də Hə­sən bəy əl işa­rə­lə­ri ilə on­dan bir ope­ra yaz­ma­sı­nı xa­hiş edib. Tək­lif məm­nu­niy­yət­lə qə­bul edi­lib. Nə­ti­cə­də, 1908-ci il­də "Ley­li və Məc­nun" ope­ra­sı ya­ra­nıb.

Hə­sən bəy Zər­da­bi hə­mi­şə əzi­lən və is­tis­mar olu­nan küt­lə­lə­rin tə­rə­fin­də olub. O, şə­hər­də eh­ti­ya­cı olan şa­gird­lə­rə kö­mək et­mək üçün Xe­riy­yə Cə­miy­yə­ti ya­ra­dıb. Bü­tün gü­cü­nü cə­miy­yə­tə da­ha çox üzv cəlb et­mə­yə yö­nəl­dib. Çün­ki cə­miy­yət o üzv­lə­rin he­sa­bı­na ya­şa­ma­lı idi. Bu iş Hə­sən bə­yə ağır gəl­sə də, onun qəl­bi­ni əz­sə də, ge­ri çə­kil­mə­yib. Uğur­suz gün­lə­rin bi­rin­də hər yer­dən əli üzü­lən Hə­sən bəy əl­dən düş­müş hal­da Ba­kı kü­çə­lə­rin­də ça­rə­siz gə­zir­miş. Rədd ca­vab­la­rı gah so­yuq nə­za­kət­lə, gah hə­ya­sız­ca­sı­na, gah da is­teh­za­lı gü­lüş­lə olur­muş. Bə­zi­lə­ri xa­hi­şə gə­lən bu zi­ya­lı­nı inan­dır­ma­ğa ça­lı­şır­mış ki, onun xa­hi­şi tam mə­na­sız­dır... Bə­li, za­val­lı Hə­sən bəy "bu qı­zıl yu­va­lar­dan" çı­xıb kü­lək­li Ba­kı kü­çə­lə­rin­də "xe­yir­xah­la­rın" ona mü­na­si­bə­ti­ni dü­şü­nə-dü­şü­nə do­la­şır­mış. Bir­dən ki­min­sə onun qo­lu­na to­xun­du­ğu­nu hiss edir. Ba­şı­nı qal­dı­ran­da qar­şı­sın­da bir ham­ba­lın dur­du­ğu­nu gö­rür.

Ham­ba­lın 40-a ya­xın ya­şı olar­mış. Gü­nəş­dən ya­nan üzü bü­rünc rəng­dəy­miş. Kü­rə­yin­də pa­lan, aya­ğın­da ça­rığ var­mış. Ham­bal Hə­sən bə­yə sev­gi ilə ba­xır­mış, üzün­də də utan­caq, çə­kin­gən bir tə­bəs­süm var­mış. Ham­bal: "Eşit­mi­şəm bi­zim uşaq­la­rı oxut­maq üçün pul yı­ğır­san. Mən bir az qa­zan­mı­şam. Bu­dur, gö­tür. Bi­li­rəm, az­dı, am­ma ürək­dən­di" - de­yirş. Hə­sən bəy tə­əc­cüb­dən do­nub qa­lır. Bir xey­li da­nı­şa bil­mir. Nə­ha­yət, ham­ba­lın əli­ni sı­xıb: "Çox sağ ol, dos­tum! Sən mə­nə o qə­dər pul ver­din ki, onu mən hə­ya­tım­da heç kim­dən al­ma­mı­şam. Çün­ki sən nə­yin var­sa, ha­mı­sı­nı ver­din" - de­yir və ham­ba­lın pu­lu­nu özü­nə qay­ta­rır.

İc­ti­mai-si­ya­si prob­lem­lər­lə ya­na­şı, əx­laq mə­sə­lə­lə­ri də Zər­da­bi­nin fik­rin­dən ya­yın­ma­yıb. Əx­laq və eti­ka mə­sə­lə­lə­ri Zər­da­bi­nin dün­ya­gö­rü­şün­də mü­hüm yer tu­tub. Onun əsər­lə­rin­də cə­miy­yət­də möv­cud olan, bir-bi­ri­nə fə­sad təş­kil edən si­fət­lər mü­qa­yi­sə­li şə­kil­də qar­şı-qar­şı­ya qo­yu­lur­du: bir tə­rəf­də zəh­mət­keş tə­bə­qə üçün xa­rak­te­rik olan ən üs­tün əx­la­qi cə­hət­lər, di­gər tə­rəf­də isə is­tis­mar­çı si­nif­lə­rə xas olan rüş­vət­xor­luq, ri­ya­kar­lıq, sər­xoş­luq ki­mi qey­ri-in­sa­ni key­fiy­yət­lər du­rur­du. Öm­rü­nün so­nu­na­dək gər­gin ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti ilə məş­ğul olan Hə­sən bəy Zər­da­bi Azər­bay­can xal­qı­nın ta­ri­xin­də mil­li te­at­rı­mı­zın ba­ni­si, mət­bua­tı­mı­zın ya­ra­dı­cı­sı, ilk qız mək­tə­bi­nin tə­sis­çi­si, Bi­rin­ci Mü­əl­lim­lər Qu­rul­ta­yı­nın təş­ki­lat­çı­sı və səd­ri, gör­kəm­li ic­ti­mai xa­dim və fə­da­kar bir mü­əl­lim ki­mi da­xil olub.

Öz xal­qı­na sə­da­qət­lə xid­mət et­mək, xal­qı maa­rif­lən­dir­mək, azad­lıq hə­rə­ka­tı­nı can­lan­dır­maq na­mi­nə ya­şa­dı­ğı döv­rün bü­tün ey­bə­cər­lik­lə­ri­ni, haq­sız­lıq­la­rı­nı, xal­qın zəh­mət­keş tə­bə­qə­lə­ri­ni əzən, on­la­rı zülm al­tın­da in­lə­dən feo­dal qəd­dar­lıq­la­rı­nı çə­kin­mə­dən ya­zı­la­rın­da if­şa edən Hə­sən bəy Zər­da­bi zən­gin ədə­bi ir­si və fəa­liy­yə­ti ilə Azər­bay­can mə­də­niy­yə­ti ta­ri­xi­nə yad­daş­lar­dan si­lin­mə­yən iz­lər qo­yub get­miş bö­yük ta­ri­xi və ədə­bi şəx­siy­yət­dir. Bu şəx­siy­yə­tin xal­qı qar­şı­sın­da­kı xid­mət­lə­ri unu­dul­maz­dır!

Azər­bay­can maa­rif­çi­lik hə­rə­ka­tı­nın ko­ri­fey­lə­rin­dən olan Hə­sən bəy Zər­da­bi 1907-ci il no­yab­rın 28-də və­fat edib. Er­tə­si gün bö­yük iz­di­ham və tən­tə­nə ilə Ba­kı­da Bi­bi­hey­bət qəb­ris­tan­lı­ğın­da dəfn edi­lib. Onu da qeyd edək ki, 1948-ci il­də Ba­kı­da Fəx­ri Xi­ya­ban ya­ra­dı­lan­da Zər­da­bi­nin qəb­ri ora kö­çü­rü­lüb.

Fa­zil QA­RA­OĞ­LUБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ