manera.az
manera.az

Akademiyadan qeydlər

10-11-2018, 16:59

Akademiyadan qeydlər
Çoxlarınız xatırlayar ki, coğrafiya institutunun direktoru akademik Ramiz müəllim jurnalistləri təhqir etmişdi. Söz-söhbət uzandı, kimsə akademikə dil tökdü ki, gəlin açıqlama verin ki, hirsli vaxtıma düşüb, anlaşılmazlıq olub. Akademik bütün təkidlərə baxmayaraq yenə, sözündən dönməyərək öz fikri üstündə qaldı və haqq edərək vulqar ifadələri işlətdiyini dedi..

Mənə elə gəldi ki, saf insanlarımız çox sarsıldı bu hadisədən. Səbəb sadədi: Ölkənin akademiki belə söyüş ifadələrlə insanların qarşısına çıxırsa, gör indi sadə bir vətəndaş nələr edər. Mən isə üzülmədim. Bu da çox sadə; axı yüksək vəzifəli şəxslərin belə vulqar dolu ifadələr işlətməsi birinci dəfə deyil ki...

Haqqında danışdığımız şəxs mənim elmi rəhbərimdir. Akademiya ilə yaxından əlaqəsi olan və ya elmi işlə bağlı ora yolu düşən adamlara bəllidir ki, oradakı alimlərin qəbuluna düşmək həm çətin, həm qəliz məsələdir. Bir də axı, AMEA-da qapıda saatlarla gözləmədinsə, üstünə qışqırmadılarsa “get, sabah gələrsən” o zaman müdafiə elədiyin elmi işin nə dadı?

Bunu ona görə deyirəm ki, mən də həvəslənib kağız-kuğuzumu yığıb elmi rəhbərimlə görüşmək istədim. Nömrəsini tapıb zəng vurdum. Üzr istəyib, görüşmə vaxtını soruşunca qayıtdı ki, “sən lap özünü prezident kimi aparırsan”. Bax belə bu dərəcədə əcayibcəsinə...

Sonra getdim qəbuluna, oturdum, gözlədim və danışdıq. Nə danışdıqda elə bircə onu dedi: " get, səndən alim çıxmaz"... Mənə maraqlıdır ki, yaşlı adamlar axı niyə bu qədər həm qəddar, həm də paxıl olurlar? Üzr istəyirəm, bu qədər vəzifəyə bağlı...

Bir dəfə beş-altı hörmətli biznes adamlarının yanında akademiyaya gedəcəm dedim. Gülüb dedilər ki, o alimlərin kimə xeyri olub ki, sənə də xeyri olsun...P. S
AMEA binasında və universitetdə çalışan alimlərin sayı hesabı yoxdur. Heç kimə sirr deyil ki, alimlik dərəcəsi almaq üçün bir az tanış, bir az da başqa qatqılar səni alimliyə aparıb çıxara bilir... Amma baxır kimi dəə...

Ancaq bircə onu bilirəm ki, bu günə qədər hazırlaşdığım yüzlərlə vəsaitdə bircədənə də milli alimlərimizin kəşfinə rast gəlməmişəm. Hansını dindirsən deyir ki, dərslik yazmışam. Və kəşflərini sayırlar. Ancaq o kəşvlər nə sirri-xudadırsa ölkə üçün, ölkənin gəncləri üçün heç bir yararlı olmur.

Yadıma gəlir ki, universitetdə bir müəllim bizə dərs deyirdi. Bütün günü deyirdi ki, mənim dərs vəsaitlərim ölkənin elm ocaqlarında əsas vəsaitlərdən sayılır. Hər dəfəsində bu kitabı ondan istədikdə deyirdi gedib kitabxanadan alın. Gedirdim kitabxanaya, deyirdilər belə kitab yoxdur, o, sizdən əvvəl də tələbələrə bunu deyib. Bir dəfə cana yığılıb soruşdum; Müəllim, kəşviniz nədi, mən axı bildiyim qədəri ilə torpaqşünassız, ancaq sizin torpaqşünaslıq haqqında araşdırmalarda heç adınıza rast gəlməmişəm. Yəni belə yarımçıq, yalançı alimlərimizdən akademiyada da doludur…

Akademiyanın zəngin kitabxanası da elə bu alimlərimiz kimidir. Adam bir ora girəndə sevinir, bir də çıxanda. Bir də hər şey bir yana akademiyamızın yaxşı qapıları var, Allah hər zaman o qapıları qorusun!...

Ruzbeh Məmməd
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30