manera.az
manera.az

Uca varlıqların könül körpüsü

9-09-2018, 20:29

Uca varlıqların könül körpüsü
Ramiz Qusarçaylı

Bu gün mənəvi ucalıqların ürək memarı, ilahi dəyərlərin ləyaqətli yolçusu,səmimiliyin və halallığın gözəl nümayəndəsi, bölgədəki abad yolların və tikilən körpülərin yaradıcı müəllifi, bənzərsiz dost və nəcib insan İskəndər Hacıyevin doğum günüdür.

Ürəyində yolları yaşayan, gözündə yolları daşıyan bu müdrik yol ustasının insani keyfiyyətləri ilə nadir zövqə malik yaradıcı təfəkkürü bir-birini tamamlayır.

İskəndər müəllimlə dərələrdən keçmişik, dağlardan aşmışıq, meşələrdə ağaclara, yarğanlarda sel-sulara, qayalarda bulaqlara, gədiklərdə küləklərə, yamaclarda gül-çiçəyə, talalarda arılara salam vermişik, yemşan gülündən, ada çayından, kəklikotundan dəmləyib çay içmişik, başlıcası isə bir-birimizə könül qonaqlığı vermişik...

Uca varlıqların könül körpüsü

İskəndər müəllim ən sıldırım dağlara, dibi görünməz yarğanlara, duman boğan dərələrə, eyni zamanda burum-burum ürəklərə yol çəkib...Bircə öz ürəyinə yol çəkmək istəməyib...Çünki, onun ürəyinə gedən və ürəyindən yol alan yolların memarı uca Tanrıdır!

Tanrı yolçusu olan əziz qardaşım, dəyərlim İskəndər müəllim! Sizin yolunuzun bu günkü dayanacağına eşq olsun!


* * *
Dünyada hər kəsin öz körpüsü var,
Hər kəs özü keçir öz körpüsündən.
Səni körpü-körpü daşıyır dağlar
Dərə körpüsündən, düz körpüsündən.

Qalxıb Şah dağına Ayla keçirsən,
Enib Şah düzünə çayla keçirsən,
Düyünlə keçirsən, toyla keçirsən
Oğul körpüsündən, qız körpüsündən.

Var qaya körpüsü, var daş körpüsü,
Silinməz könüldən yaddaş körpüsü,
Ən uzun körpüdü qardaş körpüsü,-
Uzundu namərdin yüz körpüsündən.

Gəl, bir də yollanaq dağlara sarı,
Dağ bizə saxlayıb bir ovuc qarı,
Səhərin şehində islanan arı
Asılıb bir gülün naz körpüsündən.

Gedək, o bulaqdan su içək, bir də,
Bizi salamlasın bir çiçək, bir də,
Yaman darıxmışam, gəl keçək bir də
Ürək körpüsündən, söz körpüsündən.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30