manera.az
manera.az

Azərbaycan ədəbiyyatına yeni üslub gətirən roman

20-09-2019, 11:17

Azərbaycan ədəbiyyatına yeni üslub gətirən roman
Yazıçı-jurnalist Mahir Qabiloğlunun “İTBAŞI” romanının 2-ci hissəsi artıq oxucuların ixtiyarına verilib.

Manera.az xəbər verir ki, müəllifin sayca 12-ci olan bu kitabının redaktoru Eldəniz Elgün, bədii tərtibatçısı Zaur Qafarzadədir. 310 səhifədən ibarət olan 2-ci hissə “Adiloğlu” nəşriyyatında çap edilib.

Kitabın annotasiya hissəsində radaktor Eldəniz Elgünün aşağıdakı fikirləri yer alıb:

“Yazıçı Mahir Qabiloğlunun “İtbaşı” romanı (1-ci və 2-ci hissələr) əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdə hadisələr məchul bir Şərq ölkəsində baş versə də, oxuyandan sonra görürsən ki, müəllif Qərb dövlətlərinin, krallıqlarının vəhşi qaydalarla formalaşdığı zamanı əks etdirib. Əsərdə həmçinin insan psixologiyasının bütün qatları, kompleksləri açılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bu günün özündə belə, böyük güclər xırda dövlətləri təsir altında saxlamaq üçün yad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri-ənənəvi baxışları az qala ilahi baxışlar kimi təqdim edirlər.

Bir sözlə Mahir Qabiloğlunun “İtbaşı” romanı təpədən-dırnağa qədər alt şüurun məhsulu olmaqla, Azərbaycan ədəbiyyatına həm də yeni üslub və fəlsəfi cərəyan gətirdi”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031