manera.az
manera.az

Müvəqqəti dünyaya borc ödəmək... - Fazil Mustafa danışır |MANERA.AZ

Müvəqqəti dünyaya borc ödəmək... - Fazil Mustafa danışır  |MANERA.AZ

Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində cümlənin həcmi fikrin sərhədi deyil, doqquz suala doqquz cavabla tanınan insanları bir də tək cümləylə tanıyaq. Fəlsəfə içimizdə gizlənir, unutmayaq. Bu dəfəki qonağımız millər vəkili Fazil Mustafadır.

Niyə varsız?
-Allah yaradıb.

Niyə yox olacaqsan?
-Hər iki dünyada yeri olanlar yox olma riski daşımırlar.

Niyə yazırsan?
-İz qoymaq üçün.

Yaşamaq nədir?
- Müvəqqəti dünyaya borc ödəməkdir.

Ölüm nədir?
-Yenidən, ancaq bədənsiz dirilişdir.

Ədalət nədir?
-İnsanın idrakının anlaya bilməyəcəyi tək şey.

Azadlıq nədir?
-Ədaləti anlama.

Yaradıcılıq nədir?
-Bütün canlılar və cansızlar üzərində Allahın eksperimenti.

İnsan kimdir?
-Adamlara boyun əyməyən məxluq.



Tural İsmayılov,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930