manera.az
manera.az

“Layiq olmadığı mənsəb insanı azğınlaşdırır” - Yaşar Bünyad |MANERA.AZ

1-06-2016, 13:57

“Layiq olmadığı mənsəb insanı azğınlaşdırır” -  Yaşar Bünyad |MANERA.AZ

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı hekayə” nominasiyası üzrə “General” hekayəsiylə II yerin qalibi olan Yaşar Bünyadla söhbəti təqdim edirik:
_____________________________________________
-Yaşar bəy, hekayənizin müsabiqədə II yer tutması münasibətiylə sizi təbrik edirəm.

- Təşəkkür edirəm. Atdığınız addımlar təpərli, sözünüz kəsərli, ömrünüz yetərli olsun!

-“General” hekayəsində mövzu çox maraqlıdır. Necə düşünürsüz, itləşən insanlar insanlaşan itlərin metamarfozasını uğurla verə bilmisizmi?

-Mən “İblis busəsi” romanı üzərində işləyə-işləyə bir neçə hekayə yazmışdım. “Hürməyən küçüyün ariyası” uğur qazandı. Mənim itim-Generalım bir personaj kimi orda doğuldu, böyüdü və yaşayır.Deyiləsi, yazılası o qədər mövzular var ki, məni daima narahat edir.Yəni, yazmasam, ölərəm.

Bilirsiz, ideal cəmiyyət yoxdusa, insanların heyvana dönməsi, hətta quduzlaşması prosesi baş verə bilir, yaxud da əksinə. Bilmirəm, həm birinci hekayəmdə, həm də müsabiqədə 2-ci yer alan “General”da məqsədimə çatmışam ,ya yox, amma hiss edirəm ki, ardı gəlirsə, deməli, yazılası çox şey var. Məmnunan ki, itləşən insanlar, insanlaşan itlər metamarfozasını “Manera”nın münsifləri duyub və qiymətləndirib.

-Yaşar bəy, Allah insanı azad yaradıb. İnsan nəfsiylə bacarsa, mələkdən üstün olur,yoxsa heyvandan da aşağı səviyyəyə yuvarlanır...

-Hər birimiz, heç olmasa bircə dəfə, düşdüyümüz vəziyyətdən asılı olaraq quş, balıq olmağı arzulamışıq. Deməli, onlar qədər tam azad deyilik.Axı heyvanları da Allah yaradıb. Onların Tanrı qarşısında öhdəlikləri var. Ən yırtıcı heyvan belə, təlabatından artıq tikəyə tamah salmaz, bu mümkün deyil! Aslan ovladığı ceyranı təkbaşına yeməz, bundan ötəri nə qədər dözüm, vaxt sərf eləsə belə...İnsanın nəfsi sərhədsizdi! Məncə insan, özündən törəyənlərin də taleyini , gələcək təminatını düşündüyü üçün az yaşayır...Bizim yetkin olmayan cəmiyyətdə kiminsə bir məmur barədə “mən onun yerinə olsam, insafımı atmaram” deməsinin səmimiliyinə inanmıram. Məhdud imkan insanı aşağılayır, sındırır, öldürür...

-Qeyri-məhdud maddi imkanlarmı insanları belə eybəcərləşdirir ,yaxud it xislətlilər,qudurğanlar layiq olmadığı mənsəbə çatanda azğınlaşırlar?

-Sovetlər zamanında məmur kommunistlər bahalı maşın, villa ala bilməzdi, amma, bütün məmurların topdağıtmaz mülkü, maşını, hər şeyi vardı. Prestijli məktəblərdə pulla ali təhsil alanlar da onların övladlarıydı. Nəticədə bisavad həkim, müəllim, mühəndis ordusu yarandı və bu harınlamışlar kasıb-kusubun uşağına düz-əməlli savad verə, xəstəliyinə diaqnoz qoya bilmədi. Xəstə, bisavad kütlə necə üsyankar ola bilər axı?... Layiq olmadığı mənsəb insanı azğınlaşdırır. Olduğun kimi yox, istədiyin kimi görünmək insana xas olan eybəcərlikdi. Dovşan heç vaxt aslan olmur axı.

-Cəmiyyətdə bir insan yoxdurmu belələrinə etiraz eləyə? Adicə bir it üsyan edərək “haqq səsini” ucaldır...

-Bilirsiz, insanlar, bəlkə də, öz eybəcərliklərini ört-basdır eləmək üçün üsyankar deyillər.Sanki hamı suçludur...
General minnətli tikə yeməkdənsə, vicdanına xidmət eləməyi üstün tutur. Nə qədər çətinliklərlə üzləşsə də, General “insanlığını” itirmir.Yeri gəlmişkən, bu silsilə hekayəmin ardını yazıram. Tamamlamaq üzrəyəm.Belə aludə olsam, bəlkə iri bir kitab olacaq.

-İtin də iyrəndiyi həmin insanlar onsuz da hekayənizi oxumayacaqlar.Bəs əxlaqında naqislik olan kimsəni belə yazıların dayandıra biləcəyini düşünürsüzmü?

- Mənim itimin iyrəndiyi insanlar kimi oxucumun olmasını istərdim.Mən belə insanlara mesaj göndərmişəm ki, heyvanlar siz düşündüyünüzdən də həssas, etibarlı və vicdanlıdı. Yazımla yolunu azmış iki-üç adamı xilas edə bilsəm özümü xoşbəxt sanaram.

Söhbətləşdi: Şəhla Aslan


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031