manera.az
manera.az

Samir Əliyev: “Keçmişə rəng qatıram” | MANERA.AZ

28-04-2016, 17:33

Samir Əliyev:  “Keçmişə rəng qatıram” | MANERA.AZ
Manera.az rəngsaz Samir Əliyevlə müsahibəni təqdim edir:
____________________________________________
Əvvəlcə tanış olaq, kimdir Samir Əliyev?

- Rəngsazlıq qrafikası sənətinin Azərbaycanda pionerlərindənəm. Təəssüf ki, bununla əlaqədar təhsilim yoxdur və əldə etdiyim bu qabiliyyətə özüm nail olmuşam. Rus leksikonunda “samouçka” deyilən anlayış var – bu mənə aiddir. (gülür)

Ümumiyyətlə, ali təhsilin varmı?

- ADİU –nin Beynəlxaq İqtisadi Münasibətlər Və Kommersiya fakültəsinin məzunuyam. İş təcrübəmdə əldə etdiyim nəaliyyətlər sırf iqtisadiyyatla bağlı olub.

Köhnə şəkillərlə işləyirsən... Səni nə vadar etdi ki, köhnə səkillərə yeni rəng qatasan?

- Düzü, bu məsələyə mən sadə yanaşmıram. Məncə, bu işin dərin fəlsəfəsi var. Beynlərdə inqilab yaradacaq qədər effektə malik olan bu iş, insanların həmin dövrə olan baxışını kökündən dəyişir. Hesab edin ki, bəzən biz keçmişin şəxsiyyətlərini, detallarını hətta ayını, günəşini xəyallarımızda fərqli təsəvvür edirik. Amma bir anlıq xəyallarımızdakı keçmişi rənglənmiş fotolarla əvəz etsək, baxışımız və şüuraltımızın yaratdığı kombinasiya bizi heyrətə gətirər.

Yeni effektli fotolarınızı harda izləmək olar?

- Şəkilləri əsasən sosial şəbəkələrdə paylaşıram. Əlbəttə ki, daha böyük auditoriyanın bəhrələnməsini istərdim. Sadəcə olaraq bu işin bir az dəstəyə ehtiyacı var.

Kömək üçün hansısa quruma müraciət etmisən?

-Xeyr, etməmişəm. Fürsətdən istifadə edib, aidiyyatı qurumlardan dəstək istəyirəm. Çünki, incəsənət tariximizin yaddaş parçası olan Azərbaycanın Qızıl Fondu rəngsiz materiallarla zəngindir. Bunları yeni nəsil üçün maraqlı formatda təqdim etmək lazımdır. Düşünürəm ki, mən bu işin öhtəsindən layiqincə gələ bilərəm. Bəlkə də bu iş, tarixi əhəmiyyətli və taleyüklü bir işdir. Məncə, bu sənəti milliləşdirməyin zamanı çatıb.

Sənətlə bağlı planlarınız nədir?

- Maliyyə dəstəyi olmasa da, bu işi davam etdirmək fikrim var. Çünki bu ilk növbədə xalqımıza sevinc gətirən bir töhfə olduğu üçün bununla qürur duyuram!

Şəkillərinizdən oxucularımıza təqdim edək...

-Buyurun:

Söhbətləşdi: Safura Həsənzadə
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30