manera.az
manera.az

Ayaz Arabaçı : «Biz Allahı unutmuşuq»- MÜSAHİBƏ

9-05-2015, 22:18

Müsahibimiz ədəbi-bədii, publisistik və tarixi kitabların redaktoru, şair Ayaz Arabaçıdır.

Ayaz Arabaçı : «Biz Allahı unutmuşuq»- MÜSAHİBƏ- Ayaz müəllim, ovqatınız tez-tez dəyişir?

- Az-çox ovqatımı təzələyəcək bir şey varsa o da ədəbiyyatdır. Ədəbiyyat mühüm prinsiplərimi həyata keçirə biləcəyim yeganə vasitədir.Bu həm də yazı -pozu adamının duruluğunu,saflığını saxlayan,büdrəmələrdən qoruyan bir məharət mənbəyidir.Ədəbiyyatdakı ovqatım demək olar ki,yaxşıdır. Estetik konsepsiyaları əsas tutsam belə bu sahədə çox az xəyal qırıqlığı yaşayıram.Yeri gəldikcə mütaliyə edirəm və mütaliəyə daha çox vaxt ayırmağa çalışıram. Ədəbiyyata kimin necə və hansı niyyətlə soxulmasından asılı olmayaraq o təravət və gözəlliyini saxlamaqdadır.

- Ədəbiyyatda ciddi inqilab baş vermir nədənsə…

- Bizdə zamanın hüdudlarını aşıb keçə biləcək kifayət qədər imzalar və əsərlər mövcuddur.Hətta böyük inqilabi ideyaları gerçəkləşdirə biləcək əsərlər belə var.Gözəlliyə,incəliyə və dərinliyə baş vuran gənc nəslin uğurlu eksperimentləri də göz abağındadır.Əsas silah kimi pulu yox,sözü seçə bilsək nailiyyət özü gələcək.

- Ayaz müəllim, bu yerin Allahdan xəbəri yoxdu?

- Biz Allahı reallıqda demək olar ki,tamam unutmuşuq.Allaha olan sevgi də ya cahilcəsinədi,ya da qorxudandı. Hara baxsan, Allahsızlıq açıq-aşkar görünür.İndi biz daha çox haram pulların at oynatdığı bir səltənətin məzlum və fəqir adamlarıyıq.Ona görə də ədəbiyyatda Allaha şikayət məzmununda şeirlər,hekayələr çoxalır.Müqəddəs kitablardan ancaq təsəlli tapır, ümidimizi o bir dünyaya bağlayırıq. Nə qədər çaba göstərib,zehni qüdrətimizi işə salsaq belə Allahı dini kitablardan real dünyaya çıxarda bilmirik.

- Çağdaş ədəbiyyatımızda problemlər çoxdu?

- Əlbəttə, ədəbiyyatımızın kifayət qədər problemləri var. Bu ədəbiyyatı əsil fədailər ordusu yaratmalıdır.Çünki ağır güzəranın altında inləyərək,evsiz-eşiksiz,xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül verib vəfa göstərmək asan iş deyil.Bu cür adamlar böyük hünər sahibi olmalı.Xüsusən nırxı pozulmuş bazarda yaralı qəlbinin brilyant göz yaşlarını layiqli qiymətə satmaq,özünü təsdiq etmək çətindir.Çözüm bu ki,maddi rifah yüksəlməlidir.Bir ucaboylu, qədd-qamətli maaş hər şeyi həll edə bilər.

- Sözünüz azaddımı?

- Söz azadlığını kim kimin əlindən alır ki?! Allaha şükür senzura yox,qadağa yox.Dərdlərimizi, fikirlərimizi ifadə etməyə bir maneə yoxdu. Sadəcə Vətənin, xalqın mənafeyi güdülməli, mövzularda incə, həssas məqamlar nəzərə alınmalı bu çox vacibdi. Boş hay küyün, süni bəlağətin qabağını almaq lazımdı.Çünki bunların hər birinin dalında çirkin niyyətlər ,bəlalı istəklər durur.

-Yazıçıya tənqid lazımdımı?

- Bu günki tənqidə münasibətim təəssüf üstə köklənib.Tənqid özünə oxucu cəlb edə bilmir.Artıq məhəlli xarakteri alıb.Səmərəliliyi azalıb.Vətəndaşlıq və müasirlik tənqiddə axsayır.Tənqid şair və yazıçı üçün əvəzsiz nemətdir.Yəni tənqidçi qılıncının dalı ilə də,qabağı ilə də münasibət göstərsə yaradıcı adamın xeyrinədir.Burda da yerlibazlıq,dəstəbazlıq,qohumbazlıq və yaltaqlıq mərəzi geniş vüsət alıb.

- Bəs ədəbi cərəyanlara münasibətiniz necədi?

- Əla. Bütün eksperimentləri sevirəm. Düşüncə və gümanlarımızı, hicran və nisgilimizi, könlümüzü və ruhumuzu hər hansı bir formada şəkilləndirən hər bir əlvanlığı bəyənirəm. Müxtəlif təfəkkürlərdən doğan obrazlılığa rəğbətim var. Sərrast metaforaları, yerinə düşən ifadə və təsvir vasitələrini istənilən ədəbi cərəyanın orijinal lövhələrində tapmaq olar.

- AYB-nin üzvüsüz, bəs fəaliyyətindən necə, razsızmı?

- Mən Azərbaycan Yazıçılar Birliyində çox az oluram.Bəzi tədbirlərə dəvət alanda iştirak edirəm.Bura da ideoloji tərbiyə işi aparan bir qurum kimi baxıram.Burda qəti və konkret səddlər görmürəm.Bu birliyin uzun illərdir ki,özünə məxsus taleyi və həyat tərzi var, mən də buranın ritmik inkişafla hərəkətə keçməsinin tərəfdarıyam.

- Ümumiyyətlə, istedadın formalaşması üçün gərəkən amil nədi?

- İstedada hər şeydən qabaq qayğı gərəkdir.Bu hər sahədə həllini tapmalıdır.İndi hər yerdə istedadsızlar meydan sulayır.Demək olar ki,hər yerdə günümüzü qara eləyiblər.Hər halda istedadları bir arada cəmləyə biləcək qurumların olmasında pis heç nə yoxdu.Onlar burda həm də acılı-şirinli həyat lövhələrini bölüşər,təskinlik və təsəlli taparlar.Burda mədəni təkamül də bədii kolorit də gəlişir.

Söhbətləşdi: Emil Rasimoğlu

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30