manera.az
manera.az

Nəriman Zeynalzadə: “Tənqidi güclü olan ədəbiyyatın gələcəyi uğurludur”

4-05-2015, 13:46

Nəriman Zeynalzadə:  “Tənqidi güclü olan ədəbiyyatın gələcəyi uğurludur” Müsahibim "Daş Yaycım”, “Ələsgər həkim” və “Sən bu şəhərdə doğulmamısan” kitablarının müəllifi Nəriman Zeynalzadədir.

Nəriman müəllim, deyirlər şair vaxta, insan baxta bağlıdır. Deyim doğrudur?

- Şair də insandır, həm vaxta, həm də baxta bağlıyıq. Vaxtımız əlimizdə, baxtımız Allahdandır.

Nisbi həyatımızda dəyərdən böyük dəyər yoxdur, DƏYƏRİ özümüz qazanıb dəyərli oluruq?

- Həyatımın dəyəri yaşadığım illərin mənasındadır.O günlərin qaranlıq tərəfi həmişə işığa doğru can atıb.İt hürən tərəfə yox, işıq gələn tərəfə getməyə can atmışam. İndi də elə işıqla qaranlığın arasındayam. Dəyərli olmağım qaranlıqdan sonra bilinəcək.

Sizcə, "böyük yazıçı" ifadəsinin varlığı "kiçik yazıçı"nın olması deməkdi?

- "Böyük yazıçı", "kiçik yazıçı" ifadələrini qəbul etmirəm. Mənim üçün anlaşılmazdır.

Bu günün ədəbiyyatı bizə imkan verirmi sabahın ədəbiyyatının gününü görək?

- Hər şeyə nikbin baxmaq lazımdır. Sovetlər Birliyi dağılandan sonra ədəbiyyatəmız komaya düşdü, sanki. Ramiz Rövşəni, Rüstəm Behrudini, Vaqif Cəbrayılzadəni doğan ədəbiyyat bir müddət komada qaldı. İndi hiss olunur ki, ədəbiyyatımız komadan çıxıb.

Ədəbiyyatın gəncliyinə münasibətiniz?

- Mətbuatda, sosial şəbəkələrdə yaxşı şeirlərə rast gəlmək olur. Ümid verici gənclər görünməkdədir.Az-çox onlara qayğı da hiss olunur. Çox yaxşı haldır ki, gənclər özləri ədəbi məclislər təşkil edir, toplaşıb fikir mübadiləsi aparırlar.Tənqidi güclü olan ədəbiyyatın gələcəyi uğurludur. Əfsuslar olsun ki, indi ümumiyyətlə tənqid yox kimidir. Yaxınlıq, dostluq tənqidə imkan vermir. Hamı təriflənməyi xoşlayır.

Demək ki, çağdaş ədəbiyyatımızın əsas problemlərindən biri tənqidin olamamasıdır. Bəs başqa problemi nədir?

- Şair təxəyülünün məhsulu -sözü təbliğ olunmur. Azərbaycan TV məkanında səhər yemək bişirmək, günorta bişirdiyini yemək, axşamda oxuyub oynamaq. Şoular hər gün Azərbaycan tamaşaçısının masasının üstündədir. Elə bir tv kanalı tapmırsan ki, orada poeziya axşamı verilişi olsun. Ədəbiyyat böyük qüvvə olaraq gəncliyin formalaşmasında, inkişafında , həyata dünya baxışında aparıcıdır.

Nəriman müəllim, sizcə, niyə ənənəvi üsblubda yazılan şeirlərə, aşıq ədəbiyyatına yeni nəsil lağlağı gözlə baxır?

- Bunu tam yəqinliyilə demək çətindir.Yeni nəsil xalq şeirinə, aşıq ədəbiyyatına heç də lağlağı gözlə baxmır.Yeni nəsil sözdə sərbəst olmalı. Öz düşüncəsini, içindən keçəni yazmalıdır.Şairi, sözü qəlibə salmaq düzgün deyil.Nə vaxtacan güldən, güldən ölən bülbüldən, şit-şit sevgi şeirlərindən yazmaq olar.İndiki dünyanı durumu, indiki insanların həyatı ədəbiyyata gəlməlidir.Dünya padşahları dünyanı qatıb qarışdırıb, hamısı da özlərini sülhsevər kimi göstərirlər, insanı dəyərdən salıblar. Buna ədəbiyyat, yeni nəsil səsini qaldırmalıdır.

Dünya ədəbiyyatından ədəbiyyatımızın dünyası necə görünür?

-Dünya ədəbiyyatında yerin tutan mütəfəkkirlərimiz var. Bunların kimliyi demək olar ki, hamıya məlumdur.Əsasən bunların hamısı klassik ədəbiyyatımızın nümayəndələrinə aiddir. Çingiz Abdullayevi dünya tanıyır. Hər sahədə olduğu kimi bu sahədə də dünyanın bizə qarşı ikili sifəti, ögey münasibəti özünü göstərir.Qarabağ məsələsində olduğu kimi...

Hər kəs üçün bir ali dəyər var ki, onu xarakterinə çevirir. Məsələn, bəzilərində SƏDAQƏTDİR. Bəs sizdə?

- Düzlük. Bunun içərisində sevgi də, məhəbbət də, kin də , nifrət də var.Yalan sevginin, yalan nifrətin olmaması daha yaxşıdır.

Bəzi insanlar deyir ki, Mən yaşamıram, yaş ayırıram... Sizdə necədir vəziyyət?

- Mən yaşayıram. Sevincimlə, sevgimlə, kədərimlə, dərdimlə qarışıq ömrümü yaşayıram.

Bu da son... Sondan əvvəlimiz necə görünür?

- Hər şeyin sonu var.İnsan həyatının sonu heç nəyə bənzəmir. Yarpaq saralıb budaqdan düşür, budaqda heç nəyi qalmır.Yağış buluddan yağır, buludda neç nəyi qalmır.İnsanın isə canından qopub qalan ciyərparaları, yazıb yaratdıqları qalır.Görünən də elə onlardır. Sondan boylanıb əvvələ baxmağa dəyər:

Almasam hər şeyi mən də əynimə,
Kiminlə fərqim nə, eynim nə,
Barmağım mıxlanır hərdən beynimə,
Bax belə, beləcə yaşayıram mən..

Söhbətləşdi: Çinarə ÖmrayБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30