Nəsimiyə həsr olunmuş uşaq rəsm müsabiqəsi elan edildi

Tarix:16-07-2019, 16:00 Baxış Sayı:72

Nəsimiyə həsr olunmuş uşaq rəsm müsabiqəsi elan edildi
Bakı Kitab Mərkəzi 6-14 yaşlı uşaqlar və yeniyetmələr arasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edib.

Mərkəzdən Manera.az-a bildirilib ki, rəsmlər Nəsimini və ya onun əsərlərindəki qəhrəmanları və obrazları əks etdirməlidir.

Rəsm əsəri yağlı boya, karandaş, akvarel, quaş, flomaster, qrafika və s. texnikalarla işlənə bilər. Onun əks tərəfində iştirakçının adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi yazılmalıdır.

Əsərlər avqustun 10-dək Bakı Kitab Mərkəzinə təqdim edilməlidir.

Müsabiqədə fərqlənən iştirakçılara diplomlar, müxtəlif hədiyyələr təqdim olunacaq.

Ən yaxşı əsərlər yekun sərgidə nümayiş ediləcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ