manera.az
manera.az

Əfsanəvi Babil şəhəri Dünya İrs Siyahısına daxil edilib

7-07-2019, 10:59

Əfsanəvi Babil şəhəri Dünya İrs Siyahısına daxil edilib
Hazırda İraq ərazisində yer alan tarixi Babil şəhərinin qalıqları Dünya İrs Siyahısına daxil edilib.

Mədəniyyət Nazirliyindən Manera.az-a verilən məlumata görə, bu barədə Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasında qərar qəbul olunub.

Öncə Babil qalasının birbaşa Təhlükədə olan abidələr siyahısına salınması təklif edilib. 1050 hektar ərazini əhatə edən Babil abidəsinin yaxınlığında illər əvvəl hərbi bazanın yerləşdiyi nəzərə alınaraq Babil qalasının konservasiya işlərini qaydaya salmaq üçün İraq hökumətinə beş il vaxt vermək təklif edilib.

Ərazinin 80 faizinin hələ də torpaq altında olduğu da diqqətə çatdırılıb. Abidənin dünya əhəmiyyətli olması nəzərə alınaraq burada İraq hökuməti ilə beynəlxalq təşkilatların da birgə çalışması, bufer zonasının hüdudlarının yenidən nəzərdən keçirilməsi tövsiyə edilib.

Qərar layihəsi təkliflər nəzərə alınmaqla təsdiq edilib.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının bügünkü müzakirələrində Burkina Fasonun təqdim etdiyi qədim polad metallurgiya abidələri də Dünya İrs Siyahısına qəbul olunub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031