manera.az
manera.az

“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş olunub

5-07-2019, 12:22

“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş olunub
Strasburq şəhərində, Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Manera.az xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə təşkil edilmiş təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Əbədi ezamiyyət” sənədli filmi Avropa Şurasında nümayiş olunub
Təqdimatdan əvvəl çıxış edən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının tarixi kontekstindən danışıb və qısa bir müddət ərzində həyata keçirdiyi fəaliyyətlər barədə söz açıb. O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Demokratik Respublikasının beynəlxalq miqyasda tanıdılması məqsədi ilə 1919-cu ilin yanvarında Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına ezam edilmiş nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Bundan əlavə, tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı təqdim olunub.
Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031