manera.az
manera.az

Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb

Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində Azərbaycanın və Rusiyanın tanınmış rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb.

Manera.az xəbər verir ki, sərginin açılış mərasimində RF xarici işlər naziri Sergey Lavrov çıxış edib. Nazir qeyd edib ki, Tahir Salahovun fəxri adları və təltifləri çoxdur, lakin onun ən böyük mükafatı xalqın sevgisidir. S.Lavrov deyib:

“İlk növbədə, bu təklifə razılaşdığına görə Tahir Teymuroviçə və bu gözəl ekspozisiya üzərində çalışanların hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın Rusiyadakı səfiri, Tahir Salahovla bərabər zəmanəmizin daha canlı əfsanəsi olan Polad Bülbüloğluna ayrıca təşəkkürümü bildirirəm. Tahir Teymuroviç, öz işlərinizlə bizi sevindirməkdə davam etdiyinizə görə Sizə çox minnətdarıq. Əminəm ki, bu sərgi bu gün burada iştirak edənlər arasında çox populyar olacaq. Ümidvarıq ki, bu gün buraya gələ bilməyən, lakin bu işləri görmək arzusunda olan insanların hamısı üçün bu ekspozisiyanı davam etdirəcəyik. Sizə yaradıcılıq uğurları, cansağlığı və həmişə sənətkar kimi qalmağınızı arzu edirəm”.
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
Yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Tahir Salahov qeyd edib ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgi zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu RF XİN-in ordeni ilə təltif edib və Moskvada onun işlərinin sərgisinin keçirilməsini təklif edib.

Tahir Salahov deyib: “Sergey Viktoroviç sözünün üstündə durdu və Rusiyanın bu incəsənət və mədəniyyət məbədini, diplomatiya, həmrəylik və birlik məbədini, sülh, dostluq, səmimiyyət və həmrəylik məsələlərinin həll edilmiş olduğu və bu gün də həll edildiyi tarixi binanı mənim sərgim üçün təqdim edib”.
Moskvada Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb
Rəssam qeyd edib ki, RF XİN-in malikanəsində Qara Qarayev, Şostakoviç, Rıbak, Soljenitsın, Pikasso, Rauşenberq, Boris Yefimov, Salvador Dali kimi şəxsiyyətlərin portretləri, xalça texnikasında çəkilmiş rəsm əsərləri təqdim edilir.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova, RF XİN-in nümayəndələri, ictimai və siyasi xadimlər iştirak ediblər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031