manera.az
manera.az

Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı

23-05-2019, 16:17

Akademik Musiqili Teatrın orkestr artisti Estoniyada alqışlar qazandı


Mayın 16-da Tallin şəhərində Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçirilib.

“Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin “Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçirilən bu tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının orkestr artisti, respublika və beynəlxalq müsabiqələr lauteatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun tarda ifa etdiyi "Qərənfil" romansı (Vasif Adıgözəlov), "Cahargah” skertsosu (İlahə İsrafilova) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Qeyd edim ki, estoniyalı musiqiçilərlə birgə konsertimiz uğurlu keçdi, tamaşaçılar ifalarımızı çox isti qarşıladılar. Xüsusi ilə də, tar musiqi aləti Estoniyalı bəstəkarların diqqətini çəkdi və gələcəkdə onların milli musiqi alətləri ilə birlikdə duetlər şəklində ifa olunması barədə təkliflər aldıq. Müasir texnoloji imkanların köməyi ilə yaxın aylarda məsafələrdən canlı bağlantı ilə konsertlər təşkil etmək və s. məsələlər müzakirə olundu... Tədbirdə iştirakıma şərait yaradan təşkilatçılara, eləcə də çalışdığım Akademik Musiqili Teatrın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə A.İsmayılov səfər təəssüratlarından danışdı.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30