manera.az
manera.az

Arif Məlikovun heykəli ucaldılacaq - Sərəncam

17-05-2019, 21:04

Arif Məlikovun heykəli ucaldılacaq - Sərəncam
Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Manera.az xəbər verir ki, sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını və Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.

Mədəniyyət Nazirliyinə isə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını, Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etmək həvalə olunub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30