manera.az
manera.az

"Nəsimi" baletinin premyerası olacaq

3-05-2019, 15:29

"Nəsimi" baletinin premyerası olacaq
Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaq.

Manera.az xəbər verir ki, tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan balet İmadəddin Nəsiminin həyatından bəhs edir.
"Nəsimi" baletinin premyerası olacaq
Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru xalq artisti Yalçın Adıgözəlov, quruluşçu rəssamı əməkdar rəssam Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam xalq rəssamı Rafiz İsmayılovdur.

Tamaşada əsas rollarda teatrın balet truppasının aparıcı solistləri Anar Mikayılov (şair Nəsimi), əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcəklər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30