manera.az
manera.az

Azərbaycan televizyasına ağır itki üz verib

1-05-2019, 20:48

Azərbaycan televizyasına ağır itki üz verib
Azərbaycanın tanınmış diktoru, əməkdar artist Natavan Hacıyeva dünyasını bu gün 77 yaşında dünyasını dəyişib.


1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

N.Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.N.Hacıyeva bir müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirmiş.

ALLAH RƏHMƏT ELƏSİN RUHU ŞAD OLSUN

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031