manera.az
manera.az

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı başlayıb

29-03-2019, 14:35

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı başlayıb
Mart ayının 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının açılış mərasimi baş tutub.

Manera.az xəbər verir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək. Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq.

Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq. İki hissədən ibarət olan “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək. Sərgidə festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək.

Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq. Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.

Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Beləki, festivalın mart ayında Gəncə və Ağstafada, apreldə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində keçiriləcəyi planlaşdırılır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031