manera.az
manera.az

Musiqili Teatr festivalda iştirak edəcək

10-09-2015, 11:00

Musiqili Teatr  festivalda iştirak edəcək

Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

MANERA.AZ-a xəbər verir ki, bu möhtəşəm tədbirdə İtaliya, Latviya, Rusiya, Suriya, Estoniya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər – Miina Yarvi, Mişel Kampanella, Tanel Joametts, Oleq Poxanovski, Azmex Kinan, Gürcüstan Kamera Orkestri, Liyepaya Simfonik Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksafon kvarteti ilə yanaşı, Dövlət Musiqili Teatrı da iştirak edəcək.

Nazirlikdən bildirilib ki, festival tədbirləri çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi də sentyabrın 18-də əbədiyaşar bəstəkar, Azərbaycan xalqının bəşəriyyətə ən böyük töhfələrindən biri olan Üzeyir Hacıbəylinin Fəxri xiyabanda məzarını ziyarət edəcək.

Habelə, həmin gün Dövlət Musiqili Teatrı Heydər Əliyev Sarayında baş tutacaq VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində öz töhfəsini təqdim edəcək. Sentyabrın 19-da Musiqili Teatrda Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" iki hissəli musiqili komediyası, sentyabrın 20-də isə dahi sənətkarın "Ər və arvad" operettası festival iştirakçılarına təqdim olunacaq.

Qeyd edək ki, hər iki tamaşa ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30