manera.az
manera.az

Mustafa Mərdanovun 125 illik yubileyi keçiriləcək

25-02-2019, 16:49

Mustafa Mərdanovun 125 illik yubileyi keçiriləcək
Fevralın 28-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, xatirə mərasimində görkəmli sənətkarın həyat və yaradıcılığından danışılacaq, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə nəzər salınacaq.

Tədbirdən sonra Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanılacaq.

N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Mustafa Mərdanovun 125 illik yubileyi keçiriləcək
Tamaşa Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik-Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və aktyor Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), əməkdar artistlər Əlvida Cəfərov (Osip), Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), aktyorlar Rüstəm Rüstəmov (Xristian İvanoviç Qibner), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031