manera.az
manera.az

Bakıda İran mədəniyyəti günləri keçiriləcək

23-06-2018, 12:34

Bakıda İran mədəniyyəti günləri keçiriləcək
İyunun 27-dən iyulun 1-dək ölkəmizdə İran mədəniyyəti günləri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur.

Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və digər sənət adamlarının bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, habelə təcrübə mübadiləsinin genişlənməsinə rəvac verəcək.

Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin başçılığı altında tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30