manera.az
manera.az

"QafqazMedia" gəncləri təltif etdi

2-02-2018, 23:35

"QafqazMedia" gəncləri təltif etdi
Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral -Gənclər gününə həsr edilmiş tədbir keçirilib.

İctimai Birliyin sədri Azadə Hüseynova 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Həmin vaxtdan etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

"QafqazMedia" gəncləri təltif etdi

Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkül və inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan A.Hüseynova xatırladıb ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təbliğ edirlər.

Tədbirdə “Borçalı” cəmiyyətinin sədri Şərif Kərimli, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, şair Zərəngiz Dəmirçi Qayalı və başqaları Azərbaycanda həyata keçirilən gənclər siyasətinin bir çox ölkələr üçün nümunə olduğunu söyləyiblər. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, bu istiqamətdə ardıcıl tədbirlər görüldüyünü, əhəmiyyətli nəticələr əldə olunduğunu diqqətə çatdırıblar.

Sonda elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində, ictimai fəaliyyətində fərqlənən gəclərə İctimai Birliyin fəxri fərmanları təqdim olunub.

"QafqazMedia" gəncləri təltif etdi

Təltif olunanlar arasında Manera.az saytının baş redaktoru Şəhla Aslan da olub. O aktiv və obyektiv fəaliyyətininə görə İB-in Fəxri Fərmanına layiq görülüb./Azərtac



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031