manera.az
manera.az

Bakıda “Gəncliyin səsi” festivalı keçirilir

2-02-2018, 15:55

Bakıda “Gəncliyin səsi” festivalı keçirilir
Fevralın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub

MANERA.AZ xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

“Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin və tamaşaların premyerasının keçirilməsi nəzərdə tutulur.
Bakıda “Gəncliyin səsi” festivalı keçirilir
Fevralın 6-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Daha sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30