manera.az
manera.az

Balakəndə ilk dəfə “Beynəlxalq xurma festivalı”

5-11-2017, 17:10

Balakəndə ilk dəfə “Beynəlxalq xurma festivalı”
Noyabrın 4-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Beynəlxalq xurma festivalı” keçirilib.

MANERA.AZ xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyəti, “Balkhoorma” şirkəti, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, həmçinin digər qonaqlar və rayon sakinləri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiblər.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.
Balakəndə ilk dəfə “Beynəlxalq xurma festivalı”
Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyiblər.

“Xurma şahzadəsi”nin faytonla gəlişi festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin rəsmi açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib.
Balakəndə ilk dəfə “Beynəlxalq xurma festivalı”
Bildirilib ki, xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Hazırda rayonda 850 hektara yaxın barverən xurma bağları var. Ötən il bu bağlardan 14 min tondan çox xurma məhsulu əldə olunub. Cari ildə isə istehsalın 16 min tondan çox olacağı gözlənilir. Vurğulanıb ki, xurma həm də ixrac potensialı yüksək olan məhsullardan biridir. Hazırda Balakəndə xurma ixracatı ilə məşğul olan onlarla sahibkar fəaliyyət göstərir. Məhsul əsasən, Rusiya və Ukraynaya ixrac olunur, həmçinin yerli bazarlarda da satışa çıxarılır.

Diqqətə çatdırılıb ki, Katex kəndində yeni yaradılan “Balxurma” müəssisəsində bu mövsümdən xurmanın quru və yarımquru emalı həyata keçiriləcək. Müəssisədə istehsal olunacaq məhsullar daxili bazardan əlavə, MDB, Avropa və ərəb ölkələrinə də ixrac ediləcək. Bu müəssisə quru və yarımquru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən istehsal sahəsidir. Müəssisənin fəaliyyətə başlaması, eyni zamanda, yerli əhalinin xurma ağaclarının əkininə marağını artıracaq, yeni xurma bağları salınacaq.

Festivalın açılış tədbirində tanınmış ifaçılar rəngarəng konsert proqramı ilə çıxış ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031