manera.az
manera.az

“DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək

“DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək
Oktyabrın 12-dən 20-dək Azərbaycanda ilk dəfə “DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, “Reallığı sınayaraq” devizi altında təşkil olunacaq festival iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq. Festivala Hannes Lang, Erik Gandini kimi tanınmış rejissorlar qatılacaq.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli film nümayiş olunacaq. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalda əsas məqsəd azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli film janrının özəllikləri və müxtəlifliyini göstərmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031