manera.az
manera.az

"Qızıl Saka" animasiya filmləri festivalı keçirilib

2-10-2017, 11:33

"Qızıl Saka"  animasiya filmləri festivalı keçirilib
Qazaxıstanın 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türküstan şəhərində "Qızıl Saka" Türk dünyası animasiya filmləri festivalı keçirilib.

Manera.az xəbər verir ki, TÜRKSOY-un və Cənubi Qazaxıstan vilayətinin işbirliyi ilə gerçəkləşən festivalda Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, habelə Rusiya Federasiyasının Başqırdıstan, Yakutiya və Altay respublikalarından 20-dək animator iştirak edib.

"Qızıl Saka" festivalının jüri heyətində “TRT Çocuk” kanalının koordinatoru Bəkir Yıldızcı (Türkiyə), "Kazakfilm"in redaktoru Səltənət Düngenbaeva (Qazaxıstan) və başqaları yer alıblar.

Əhməd Yasəvi Universitetinin mədəniyyət mərkəzində keçirilən mətbuat konfransında münsiflər heyətinin üzvləri festivalın əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, layihənin məqsədi türk dünyasında birliyin və həmrəyliyin artırılması və qarşılıqlı mədəni əlaqələrin genişləndirilməsidir.

Sonra animasiya filmləri jüri heyətinə təqdim edilib. Festivalda ilk 3 yeri Özbəkistan, Türkiyə və Qazaxıstan animatorlarının filmləri tutub. Baş mükafat isə Qazaxıstan animasiya filminə təqdim olunub.

Mehparə Sultanova
AnkaraБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30