manera.az
manera.az

Müşavirlik şəhid övladlarını sevindirdi

Müşavirlik şəhid övladlarını sevindirdi
Şəhid və qazilərin övladlarına mübariz Çanaqqala Ruhunu hiss etmələri üçün gözəl imkan yaradılıb.

Manera.az xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət Müşavirliyinin dəstəyi ilə Azərbaycan Qazi Qadınlar Dərnəyi Qarabağ şəhid və gazilərinin övladlarından ibarət 25 nəfərlik heyətin Türkiyənin bir neçə şəhərini də gəzməklə Çanaqqala şəhərinə səfərini təşkil edib. Mədəniyyət Müşavirliyinin azərbaycanlı uşaqlar üçün həyata keçirdiyi bu layihə Türkiyədə “Qazilər Həftəsi” çərçiəsində baş tutur. "Qazi Övladları ilə Çanaqqala Gəzintisi" uşaqlar tərəfindən fotoşəkil və videoçəkilişlər vasitəsiylə yaddaşlara həkk olunacaq. Sonradan onların arasından seçilən bir çox şəkil və videogrüntülər mediada yayımlanacaq və xüsusi sərgidə nümayiş etdiriləcək.

Layihə iştirakçıları Türkiyədə bayram edilən "Qazilər Həftəsi" çərçivəsində İqdırdan Çanaqqalaya qədər ziyarət etdikləri şəhərlərin rəsmiləri və QHT təmsilçiləri bir sıra görüşlər keçirəcək, müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Qarabağ qazi və şəhidlərinin övladları Bakıdan sentyabrın 13-də Türkiyə səfirliyinin qarşısında xatirə fotoşəkili çəkdirərək yola çıxıblar. Heyətin ilk dayanacağı Türkiyənin İğdır şəhəri olub. Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət Müşavirliyinin dəstəyi ilə həyata keçirilən səyahətdə qonaqlar İğdır soyqırım abidəsi qarşısında şəhər rəsmiləri və geniş ictimaiyyət nümayəndələri tərəfindən qarşılanıb, onlara hədiyyələr verilib. Iğdır'da bir neçə saat istirahət etdikdən sonra qonaqlar Uşağa yola düşüblər. Səfərdə iştirak edən Qarabağ qazi və şəhid övladlarının bu gün Uşakda görüşlər keçirəcəkləri gözlənilir. Səyahət iştirakçıları sentyabrın 18-də Çanaqqalada olacaq, sentyabrın 19-da burada Qazilər Günündə iştirak edəcəklər. Qarabağ qazi və şəhid övladları eyni zamanda Manisa, Afyon və İzmirə də baş çəkəcək, oralardakı şəhidliklər və tarixi yerləri də ziyarət edəcəklər.

Sentyabrın 22-də Bakıya dönməsi planlaşdırılan layihə iştirakçılarının proqramlarn imkan verəcəyi təqdirdə Ankaraya da baş çəkmələri gözlənilir.

Müşavirlik şəhid övladlarını sevindirdi

Müşavirlik şəhid övladlarını sevindirdiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031