manera.az
manera.az

Milli Dram Teatrının səhnəsində yeni tamaşa - “İnsan səsi”

9-06-2017, 20:29

Milli Dram Teatrının səhnəsində yeni tamaşa - “İnsan səsi”


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik zalında Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası təqdim ediləcək.

Tamaşa fransız yazıçısı və kinorejissoru Jan Koktonun mono-pyes kimi qələmə aldığı “İnsan səsi” əsərinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.Səhnə əsərinin elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri Əməkdar Artist Fərhad İsrafilovdur


Tamaşa tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır. Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir. Şəhla Əliqızının yozumunda canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks olunub və narahat ruh nəhayət öz yolunu tapır”,

Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30