manera.az
manera.az

Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib/MANERA.AZ

29-03-2017, 09:33

Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib/MANERA.AZ


Akademik Milli Dram Teatrının akyoru Respublikanın Əməkdar artisti Firuz Xudaverdiyev dünən 77 yaşında dünyasını dəyişib. Aktyor bir neçə vaxtdı bədxassəli şişdən əziyyət çəkirdi.O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrına gedən aktyor teatrın səhnəsində Fuad “Almaz”, (Cəfər Cabbarlı),Şəmsi bəy “Eşq və intiqam”, (Süleyman Sani Axundov),Vəzir “Fərhad və Şirin”, (Səməd Vurğun),Ədalət “Məhv olmuş gündəliklər”, (İlyas Əfəndiyev),Assistent “Şöhrət və ya unudulan adam”, (Nazim Hikmət) tamaşalardas çıxış edib.1976-cı ildə Akademik Milli Dram Teatrının truppasına daxil olan aktyor Bir kişi “Dəli yığıncağı”, (Cəlil Məmmədquluzadə),Qoca “Fitnə”, (Abdulla Şaiq),Əsgər “Maqbet”, (Uilyam Şekspir),Xəstə “Biganələr oteli”, (Rüstəm İbrahimbəyov),Kərbəlayi Vəli “Ölülər”, (Cəlil Məmmədquluzadə),Hacı Hüseyn “Dirilən adam”, (Mir Cəlal),Müəllim “Nazirin xanımı”, (Branislav Nuşiç),Yaşlı kişi “21:15 qatarı”, (Toyqun Orbay),Xristian İvanoviç Qibner “Müfəttiş”,(N.V.Qoqol) və s müxtəlif dərəcəli obrazlar yaradıb.

Aktyor “Dəvətnamə” (Müəllim), “Həmyerlilər” (Sarı Sarızadə), “Ordan burdan” (Müəllim), “Pəncərədə işıq” (Firuz) teletamaşalarında oynayıb.

Firuz Xudaverdiyev 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

ALLAH RƏHMƏT ELƏSİN RUHU ŞAD OLSUN

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031